Zadig & Voltaire xəritədə

Zadig & Voltaire

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 19A AZ1000 *** 1 səs

Zadig & Voltaire haqqında

Fransız brendi "ZADIG & VOLTAIRE" modelyer Tyerri Qilye terefindən 1997-ci ildə Parisdə yaradılmışdır. Gənclər arasında populyar olan brend kişi, qadın geyimi istehsal edir. Rahatlığı vurğulayan geyimlər yüksək keyfiyyətli pambıq, kaşmir, təbii dəri, ipəkdən hazırlanır. Kəllə sümüyü, mələk, kəpənək təsvirləri "ZADIG & VOLTAIRE"-in bütün kolleksiyalarında vardır. Münasib qiyməti sayəsində kolleksiyalar tez-tez dəyişir. Mağazamızın Rock-in-roll üslublu interyeri müxtəlif milliyətli insanlar cəlb edir. Brendin yaradıcısının əsas niyyəti dəbdəbəni münasib qiymətə təqdim etməkdir. Brendin əsas fəaliyyəti kişi, qadın və uşaqlar üçün lüks kolleksiyalar, aksessuarlar, çantalar, ayaqqabılar, dəri məmulatları, saatlar, gün eynəkləri, "Gaia Repossi" ilə birgə zinyət əşyaları, telefonlar, fotoaparatlar, şamlar hazırlamaqdır. Ağ və qara satindən hazırlanmış "Deluxe"-un zərif mini kolleksiyası ideal tikilişi, simetrik detalları, keyfiyyəti və qiymətli materialı ilə seşilir. "ZADIG & VOLTAIRE" rock-in-roll və dəbdəbəni birləşdirir.