Yevlax Rayon Məhkəməsi xəritədə

Yevlax Rayon Məhkəməsi

С. Cabbarlı küçəsi, Yevlax, 9 AZ1000 *** 1 səs

Yevlax Rayon Məhkəməsi haqqında

Yevlax Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Yevlax rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv rayon olunaraq ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühümkommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir.

Yevlax Rayon Məhkəməsinin yaradılması

Rayon kimi 1935-ci ilin fevral ayının 20-də yaranmış və həmin ildə də rayona respublika tabeli şəhər statusu verilməklə yanaşı həmin ildə Yevlax rayon Xalq məhkəməsi yaradılmışdır (indiki adı Yevlax Rayon Məhkəməsi). Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Rayon Respublikanın mərkəzində yerləşir və Aran iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd vardır ki, bu yaşayış məntəqələri 19 ərazi nümayəndəliyi və 32 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayon əhalisinin sayı 119 min 538 nəfərdir (22 iyun 2011). Ümumi ərazisi 1.54 min km²-dir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Yevlax rayonunda 12 min 729 nəfər məcburi köçkün və qaçqınlar məskunlaşmışdır. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər rayonu, Mingəçevir şəhəri, və Şəki şəhəri ilə həmsərhəddir.