XTruck xəritədə

XTruck

Bakı, Biləcəri qəsəbəsi, Binəqədi rayonu AZ1117 *** 2 səs

XTruck haqqında

XTruck şirkəti FİBROMET adı ilə 2004-cü ildə fəaliyyətə başlamış,ilk fəaliyyəti dövrü Türkiyədən dəvət olunmuş mütəxəssislərlə çalışmış, onların təcrübəsindən yararlanmışdır. Şirkətin məqsədi uzun tarixə malik digər xarici şirkətlər kimi çox keyfiyyətli mallar istehsal etmək və müştərini maksimum dərəcədə razı salmaqdır. Biz, şirkət olaraq istehsal etdiyimiz malların keyfiyyətinin daha da yuxarı qaldırılması ilə əlaqədar olaraq daima yeni-yeni təcrübələr aparır,müasir metodlardan istifadə edirik. İlk əvvəllər yalnız Türkiyənin kuza sənayesi təcrübəsindən istifadə edirdiksə, indi, 7 illik iş təcrübəsindən sonra Almaniya, Koreya, Rusiya kimi kuza sahəsində ixtisaslaşmış ölkələrin təcrübəsindən yararlanaraq çox yüksək keyfiyyətli, təyinatından artiq yükləmələrə və standartlara uyğun olmayan yollara davamlı kuzalar istehsal edirik.

XTruck şirkətin məhsulların haqqında

2009-cu ildən şirkətimiz Fibrocool adlandırdığı (Stand by Unit) soyuducularının istehsalına başlamışdır. Bu soyuducular kuzalara quraşdırıldıqdan sonra soyuducunun elektiriklə işləməsi funksiyasını daşıyır. Türkiyə və Koreya mütəxəssislərinin təcrübəsi, həmçinin şirkətimizin mütəxəssisləri tərəfindən tətbiq edilən yeniliklər nəticəsində Fibro Cool texniki göstəricilərinə görə analoqlarından daha üstün bir marka olmuşdur. XTRUCK Koreyanın Thermal Master və Türkiyənin Kardelen soyducu markalarının Azərbaycanda rəsmi distribyutorudur. Satdığımız məhsullara texniki xidmət və ehtiyyat hissələrinin təchizatı fəaliyyətimizin bir hissəsidir.