Xızı Rayonu İcra Hakimiyyəti xəritədə

Xızı Rayonu İcra Hakimiyyəti

Xızı AZ8000 *** 1 səs

Xızı Rayonu İcra Hakimiyyəti haqqında

Xızı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 km-dir.Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır.Buranın iqlimi mülayim, havası qurudur.Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonunun tarixi

Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı mçateriallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olur.

Xızı rayonu 1928-ci ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır.Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur.Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Təzəkənd, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd.