CASPIAN GEOMATICS MMC xəritədə

CASPIAN GEOMATICS MMC

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Əhməd Rəcəbli küçəsi AZ1075 *** 1 səs

CASPIAN GEOMATICS MMC haqqında

CASPIAN GEOMATICS elmi-tədqiqat və mühəndislik şirkəti olmaqla Ətraf Mühit, Mühəndislik, IT və Sistem İnteqrasiyası, Geomatika (Geodeziya, Kartoqrafiya, Məsafədən Zondlama, Fotoqrammetriya, CİS və s.), həmçinin müxtəlif mühəndislik sahələri üzrə ixtisaslaşmış şirkətdir.

Şirkət 2017-ci ildə təsis edilmişdir. Şirkət eyni zamanda fəaliyyət sahələrinə uyğun olaraq məsləhət xidmətləri göstərir.

CASPIAN GEOMATICS elmi-tədqiqat işlərinə xüsusi maraq göstərir və şirkətin məsləhətçiləri müxtəlif layihələr çərçivəsində qarşıya qoyulan məsələləri elmi əsaslarla həll etməyə çalışır.

Qeyd etməliyik ki, istənilən layihədə qarşıya qoyulan məsələlərin müasir yanaşmalar əsasında həll olunması və vaxtında yerinə yetirilməsi hər bir müştəri üçün maraq kəsb edir.

Heyətimiz aparılan işlərin nəticələrini vaxtında müştərilərə təqdim edir, həmçinin layihəni tam və dolğun şəkildə yerinə yetirir.

Mütəxəssislərimiz öz sahələri üzrə yüksək təcrübəyə və nəzəri biliklərə malikdirlər.

Onların əksəriyyəti yerli və beynəlxalq layihələrdə çalışmış mütəxəssislərdir. Biz hər bir layihəyə xüsusi həssaslıqla yanaşırıq və layihədə qarşıya qoyulan məsələdən asılı olmayaraq heç bir xırda detalı kənarda qoymuruq.

Peşəkar tərkibdən ibarət heyətimizin istənilən mürəkkəblik dərəcəsində olan layihələri işləyib hazırlamaq üçün zəruri bilik və bacarıqları var. Əminliklə qeyd edə bilərik ki, işlərimizlə yaxından tanış olduqdan sonra bizimlə əməkdaşlıqdan zövq alacaqsınız.

Biz keyfiyyətə üstünlük veririk.