Biz mədəni inkişafın tərəfdarıyıq. Xanımlar avtomobil sürmək istəyirlərsə, bizim borcumuz onları ən mükəmməl, təhlükəsiz öyrətməkdir. Alimlər avtomobili ən təhlükəsiz və ehtiyatla idarə edənlərin kim olduğunu müəyyən edərkən məlum olub ki, ən yaxşı sürücülər yaşı otuzu keçən və ya bu həddə yaxınlaşan qadınlardır. Sürücülüyü öyrənmək istəyən qadınlar Bakıdakı Xəzər-Qərb sürücülük məktəbində yığışır. Aralarında tələbələr də var, işləyənlər də, evdar qadınlar da. Bizim tədris metodikamız xüsusi olaraq qadın psixologiyasının xüsusiyyətlərini nəzərə alaraq hazırlanıb və xanımların çox asan və rahat formada öyrənməsini təmin edir.