Xəzri Istirahət və Sağlamlıq Mərkəzi xəritədə

Xəzri Istirahət və Sağlamlıq Mərkəzi

Bakı, Abşeron rayonu, Zuğulba qəsəbəsi, Rasim İmanov küçəsi, 40 AZ1090 *** 3 səs

Xəzri Istirahət və Sağlamlıq Mərkəzi haqqında

Xəzri İstirahət və Sağlamlıq Mərkəzi Daxili İşlər Nazirliyi tərəfındən Zuğulba qəsəbəsində, Xəzər dənizinin sahilində 13.5 hektar sahədə inşa edilmişdir. Heydər Əliyev adına Beynəlxalq hava limanından Mərkəzə avtomobillə 10-15 dəqiqəyə gəlmək mümkündür . Mərkəzin əsas binasında hər cür mebel və avadanlıqlarla təchiz edilmiş 109 standart nömrə, 9 suit nömrə, 1 prezident nömrəsi, bundan əlavə dənizkənarında ikimərtəbəli 8 kottec istirahət edənləri qəbul etməyə daim hazırdır, qeydiyyat xidməti 24 saat fəaliyyət göstərir. 

Xəzri İstirahət və Sağlamlıq Mərkəzinin xidmətləri

2 restoran, 1 kafe, 4 bar, böyüklər və uşaqlar üün qapalı ve aıq üzgüülük hovuzları, aıq havada amfiteatr, boulinq və bilyard salonu, konfrans və iclas zalları, bərbərxana və gözəllik salonu, mühafizə olunan ödənişsiz avtomobil dayanacağı, voleybol, mini-futbol meydançaları, tennis kortu, SPA və fitnes salonu, uşaqlar üçün qapalı və açıq havada oyun meydançaları, təhlükəsiz çimərlik zonası, gəzinti və qaçış üçün geniş və abad ərazi qonaqların ixtiyarındadır. Qadınlar və kiçik yaşlı uşaqları olan qonaqlar çimərlik zonasına elektrik gəzinti avtomobilləri ilə aparıla bilər.Mərkəzin ərazisində yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir, öz xahişi ilə siqaret çəkən və çəkməyən qonaqlar ayrı otaqlarda yerləşdirilir.3 yaşdan aşağı uşaqlar Mərkəzə qəbul olunmur .

Xəzri İstirahət və Sağlamlıq Mərkəzinin fəaliyyəti

5 ulduz mehmanxana standartlarına cavab verən Xəzri İstirahət və Sağlamlıq Mərkəzi qonaqlara yüksək səviyyədə xidmət göstərir. Xəzri İstirahət və Sağlamlıq Mərkəzinin Tibbi Xidmətləri Əsasən təbii müalicə preparatları və reabilitasiya prosedurlarından istifadə etməklə yorğunluq götürülür, əsəblər sakitləşir, orqan və sisemlərin pozulmuş fəaliyyəti normallaşdırılır.Ən yeni model fizioterapevtik aparatlar sizin sağlamlığınıza kömək edəcəkdir.Bütün xəstələr həkim müayinəsindən, qarın boşluğu üzvlərinin ultrasəslə müayinəsindən və elektrokardioqrammadan keçir və xəstəliyinə uyğun müvafiq tibbi prosedurlar təyin edilir .

  • Konfrans və iclas zalları
  • Sağlamlıq və əyləncə
  • Tibbi xidmətlər
  • Restoranlar və kafelər