Xaçmaz Kondensator Zavodu xəritədə

Xaçmaz Kondensator Zavodu

Heydər Əliyev küçəsi, Xaçmaz, 15 AZ2700 *** 1 səs

Xaçmaz Kondensator Zavodu haqqında

Xaçmaz “Kondensator” zavodu 1981-ci ildə SSRİ elektron sənayesi nazirinin əmrinə əsasən “Elektrolit” İB-nin Severo-Zadonsk Kondensator zavodunun filialı kimi yaradılmış və 1982-ci ildən fəaliyyətə başlamışdır.Xaçmaz “Kondensator” zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.2006-cı ildən Xaçmaz “Kondensator” zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.Xaçmaz “Kondensator” zavodu dəqiq mexanika və optik cihazların təmiri üzrə ixtisaslaşdırılır.

Xaçmaz “Kondensator” zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri

  • dəqiq hissələrin istehsalı;
  • xüsusi təyinatlı optik cihazların təmiri;
  • kəsici alətlərin istehsalı;
  • xalq istehlakı mallarının və qeyri-standart avadanlıqların istehsalı.

Xaçmaz “Kondensator” zavodunun məhsulları bunlardır: Xüsusi təyinatlı məhsullar-Proqram üzrə və Mülki təyinatlı məhsullardır.(metal torlar;tikanlı məftil;müxtəlif ölçülü mismarlar;metal qapı və darvazalar;) Xaçmaz Kondensator Zavodunun texnoloji imkanları aşağıdakılardır:
digər məhsullar.

Mexaniki emal

  • qara və əlvan metallar, paslanmayan polad, titan və s. materiallardan gövdə hissələrinin, valların, dişli çarxların, metizlərin emalı;
  • soyuq ştamplama;
  • poladların termiki emalı.

Qaynaq

  • elektrik qövs qaynağı;
  • qaz qaynağı;
  • kontakt elektrik qaynağı.