VneshExpertService xəritədə

VneshExpertService

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 3 AZ1000 *** 1 səs

VneshExpertService haqqında

"VneshExpertService" LLC şirkəti müştərilərinə tərcümə xidmətlərinin geniş spektrini təklif edir: yazılı və şifahi tərcümə, tərcümənin notarius tərəfindən təsdiqi, apostilin qurulması üzrə xidmətlər, sənədlərin leqallaşdırılması, redaktə, saytların lokallaşdırılması, əsas Avropa və şərq dillərinə tərcümə və s. "VneshExpertService" LLC şirkətinin əməkdaşları ixtisas üzrə təhsillə bərabər iqtisadiyyatın, elm və texnikanın müxtəlif sahələrində əlavə bilikləri olan yüksək ixtisaslı tərcüməçilər və dilçilərdir. İkisəviyyəli məcburi yoxlanma sistemi tərcümələrin keyfiyyətinin əlavə təminatıdır. Müasir proqram təminatı, menecerlər və tərcüməçilər arasında yaranmış işlək qarşılıqlı əlaqə sifarişləri operativ yerinə yetirməyə imkan verir. Tərcümə şöbəsinin sifarişçiləri aparıcı yerli və beynəlxalq müəssisələr, dövlət şirkətləri və banklardır. Üstünlüklərimiz: Təcili sifarişlərin yerinə yetirilməsi üçün ştatda üzrə tərcüməçilərin olması; Avropa və şərq dillərinə peşəkar tərcümə və redaktə imkanı; Kompleks yanaşma: çoxlu sayda əlavə xidmətlər (notarius tərəfindən təsdiqdən tutmuş, kopiraytinqə qədər). Biz tərcümə üçün təqdim edilən mətnin xüsusiyyətini nəzərə almaqla (tərcümənin mövzusunu və istiqamətini, stilistik xüsusiyyətlərini, spesifik terminlərin olmasını və s.) hər bir konkret sifariş üçün tərcüməçini diqqətlə seçirik. Peşəkar ofis avadanlığı və etibarlı rabitə kanalları sifarişləri ən qısa zamanda yerinə yetirməyə, hazır materialları göndərməyə, o cümlədən, lazım gəldikdə tərcümə prosesində sifarişçi ilə operativ əlaqə saxlamağa imkan verir. Biznesdə hər bir sözün qiyməti qızıla bərabərdir. Şirkətinizin imici, mallarınızın və xidmətlərinizin ölkədən kənarda irəliləmə perspektivləri, hətta nüfuzunuz çox vaxt xarici dilə tərcümənin keyfiyyətindən asılı olur. Bizə müraciət etməklə, tərcümənin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə tam əmin ola bilərsiz! Müəssisə hüquqşünasının, mühasibinin və ya rəhbərinin işi normativ sənədlərin təhlili ilə bağlıdır. Bugün hüquqi informasiya ilə iş üçün ən yaxşı vasitə elektron daşıyıcılarda olan sorğu məlumat bazalarıdır. "VneshExpertService" LLC şirkəti Sizi Azərbaycanın tam normativ-hüquqi bazası üzrə zəruri məlumatla təmin edə bilər. Əməkdaşlarımız tərəfindən hazırlanmış "Azərbaycan qanunvericiliyinin elektron məlumat bazası" şirkətin zehni məhsuludur. Bu baza müştərilərə yerli qanunvericiliyin spesifikasına bələd olmaq, həmçinin biznesini milli qanunvericiliyə uyğun olan hüquqi müstəvidə qurmağa imkan verir. Bu məhsulu yaradarkən tətbiq etdiyimiz çevik texnoloji həllər müştərinin normativ-hüquqi sənədlərdən rahat istifadəsini təmin edir. Məlumat bazasının istifadəçi üçün ən mühüm keyfiyyətləri: İnformasiyanın dolğunluğu və həqiqiliyi; İnformasiyanı yeniləmək imkanı; İnformasiyanın hüquqi cəhətdən işlənməsinin keyfiyyəti; İstifadənin rahatlığı; Etibarlılığı və yüksək səviyyəli servis xidmətidir. Sistemli şəkildə qurulmuş məlumat bazasında elektron mətnlərin rəsmi sənədlərlə eyniliyi təmin edilmişdir. Bütün sənədlər bazaya yalnız rəsmi mətnlərdən daxil olunur. Bütün rəsmi mətnlərin surəti arxivdə saxlanılır və zərurət yarandıqda, istifadəçiyə təqdim edilə bilər. Hər bir yeni sənəd yalnız orijinala uyğunluq üzrə bir neçə mərhələli yoxlamadan keçdikdən sonra (korrektorlar, hüquqşünaslar, xüsusi proqram vasitələri) sistemə daxil edilir. Sənədlərin sistemə daxil edilməsi qaydası hər hansı səhvin olması ehtimalını, demək olar heçə endirir. Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Məcəllələrindən, Azərbaycan Respublikasının Qanunlarından və onlara edilən əlavə və dəyişikliklərdən, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin Qərar və Sərəncamlarından, Milli Məclisin (Parlamentin) qərarlarından, Vergilər Nazirliyi və Milli bankın təlimatlarından, beynəlxalq müqavilə və sazişlərdən, MDB çərçivəsində müqavilə və sazişlərdən, müxtəlif nazirlik və qurumların normativ-hüquqi sənədlərindən ibarət olan Məlumat Bazası CD-disklərdə təqdim olunur. Eyni zamanda, Məlumat Bazası yeni qüvvəyə minən sənədlərlə daim təzələnir. Məlumat Bazasının onlayn versiyasından istifadə edənlər üçün 100, 300 və 500 kontur nominalında kartlar istifadəyə buraxılıb. Kartı almaqla siz www.LegalActs.az internet-resursu vasitəsilə məlumat bazasına giriş əldə edirsiniz. "VneshExpertService" LLC həmçinin MDB dövlətlərinin Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna qanunvericiliyi, o cümlədən "Beynəlxalq münasibətlər" bloku üzrə məlumat bazası təqdim edir. "Beynəlxalq münasibətlər" blokuna MDB dövlətlərinin iştirakı ilə çoxtərəfli münasibətlər çərçivəsində qəbul edilən sənədlər daxildir. Məlumat bazasında MDB dövlətləri qanunvericiliyinin əsas bölmələri barədə dolğun informasiya verən rus dilində maraqlı və əhəmiyyətli sənədlər vardır. "VneshExpertService" LLC-nin xarici məlumat bazalarının istehsalçı şirkətləri ilə diller və əməkdaşlıq haqqında müqavilələri vardır. Həmin şirkətlər bunlardır: Belarus Respublikası – Milli Hüquqi İnformasiya Mərkəzi (MHİM); Qazaxıstan Respublikası - "Yurİnfo"; Qırğızıstan Respublikası - "ADVISER" MMC; Özbəkistan Respublikası - "Aviabrok - KONSAUD"; Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi.