VM Company xəritədə

VM Company

Bakı, Xətai rayonu, Sabit Orucov küçəsi, 2/43 AZ1000 *** 2 səs

VM Company haqqında

«VM» Şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Bizim mütəxəssislər müxtəlif mülkiyyət formalı müəssisələr ilə iş üzrə böyük təcrübəyə malikdirlər və arxiv xidmətlərinin təminatı ilə bağlı məsələləri həll etməyi: skan etməni, cildləməni (cildləmə işlərini), qovluqların kefiyyətli hazırlanmasına təminat veririk.Siz bizdə standart yanaşma tapa bilməzsiniz. Hər bir sifariş bizim üçün fərdidir və fərdi həllini tapır. Arxiv xidmətlərinin göstərilməsi zamanı biz sizin istəklərinizi, səciyyəvi xüsusiyyətlərinizi, xüsusi şərtlərinizi öyrənirik və işin xarakterini nəzəra almaqla sizə optimal həll təklif edirik.Hər bir sifarişə biz həddindən artıq məsuliyyətli yanaşırıq, çünki başa düşürük ki, sənədləşmə effektli fəaliyyətin əsas amillərindən biridir.

Skan etmə

«VM» şirkəti öz müştərilərinə kağız arxivlərini elektron şəkilə peşəkar və keyfiyyətli keçirilməsini təklif edir. Mətn və qrafik məlumatları özündə cəmləşdirən hər hansı çap olunmuş sənəd skan etmə obyekti ola bilər.Sənədlərin skanlaşması konveyer üsulu ilə yüksək məhsuldar skanerlərlə, güclü iş stansiyaları və xüsusi proqram təminatı verilməklə həyata keçirilir.Skan edilmiş mətni PDF, BMP, TIFF, JPEG formatlarda saxlamaq olar. Format seçimi sənədin sonraki istifadə məqsədlərindən asılıdır.Skanlaşma prosesində proqram sənədin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, qüsurları, fonları, perforasiya xətlərini aradan qaldırır, təzad və aydınlığı kökləyir, səhifələri nömrələyir. Ən qeyri-dəqiq çap olunmuş yazı elektron formatda maksimal dərəcədə keyfiyyətli əks olunur. Sənədlər şəkil və ya mətn kimi saxlanıla bilər.

Sənədlərin arakəsilmədən skan edilməsinin növləri

  • Sənədləri böyük həcmli skan edilməsi,
  • Çertyoj və sxemlərin skan edilməsi,
  • Fotoşəkil və təsvirlərin skan edilməsi,
  • Rəngli və ağ-qara skan edilməsi,
  • 600 dpi qədər skan edlməsi,
  • Sənədlərin А1 —А7 formata qədər skan edilməsi,
  • Uzunluğu üç metrə qədər olan sənədlərin skan edilməsi.

Elektron arxivdə sənədlərin saxlanılmasının üstünlükləri

  • Xərcləri azaltmaq imkanı,
  • Sənədlərin ofisdən kənarda saxlanılması,
  • Sənədlərin bütün həcmini sistemləşdirmək imkanı,
  • Sənədlərin tapılıb, açılması və ötürülməsinin operativliyi,
  • Əməkdaşların ayrı-ayrı sənədlərə və bütün kataloqlara giriş məhdudiyyəti,
  • Bir neçə əməkdaşın eyni zamanda bir sənədlə işləməsi,
  • Uzaq iş üçün virtual server sənədləri saxlamaq imkanı
  • Məlumatların itirlməsinin təhlükəsizliyi,
  • Etibarlılıq və uzunömürlülük.

Cildləmə

«VM» Şirkəti istənilən mürəkkəb sənədlərin tez və keyfiyyətli cildlənməsini, o cümlədən qeyri-standart cildləməni həyata keçirir.Xidmət zamanı biz sərt cildləmə texnikasını tətbiq edirik, bu da sənədlərlə effektli işin həyata keçirilməsi imkanına zəmanət verir.Bizim köməyimizlə siz asanlıqla öz sənədlərinizə həm gündəlik istifadə üçün, həm də qorunmaq üçün sadə, lakin çox rahat forma verəcəksiniz.

Sənədlərin cildlənməsinin faydası

  • Sanballı xarici görünüş,
  • Mexaniki zədələnmələrdən və zamanın təsirindən müdafiə,
  • Sənəd itkisindən müdafiə,
  • İşlərin, kötüklərin vahid şəklə salınmış görünüşü,
  • Sənədlərin tutduğu sahə 30-40% azalır.

Qovluqlar

Arxiv qovluğu iş sənədlərinin saxlanması üçün təyin edilir. Qovluq sərt kartondan hazırlanır və A4 formatlı sənədlər üçün nəzərdə tutulur. Qovluqların üzünə sadə və ya rəngli kağızdan tutmuş "bumvinil" yaxud "kolenkor" kimi müxtəlif materiallar yapışdırılır.