Vitamed Tibb Mərkəzi xəritədə

Vitamed Tibb Mərkəzi

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Muxtar Fətəliyev küçəsi, 56C AZ1000 *** 3 səs

Vitamed Tibb Mərkəzi haqqında

2013-cü il may ayının 1-dən Bakıxanov qəsəbəsində Vita Med Tibb Mərkəzi fəaliyyətə başladı.Vita Med Tibb Mərkəzində beynəlxalq standartlara cavab verən ən son cihaz və avadanlıqlar quraşdırılmışdır.Tibb mərkəzi xaricdə təhsil almış və ixtisas artırma kurslarından keçmiş həkimləri ilə xidmətinizdədir. "Vita Med Tibb Mərkəzinin" qurulmasında əsas məqsəd dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə ,öz biliyi və bacarığı ilə seçilən həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək olmuşdur.Bizim öz işimizdə əsas prinsipimiz - əhaliyə göstərilən xidmətin yüksək keyfiyyətə malik olmasıdır.

Vitamed Tibb Mərkəzinin xidmətləri

“Sağlamlığınızı bizə etibar edin” şüarı altında mərkəzin məqsədi xəstələrin şafaətini tezləşdirmək üçün peşəkar və yüksək ixtisaslı həkimlərə və Avropa standartlarına cavab verən tibbi-texniki avadanlıqlara yiyələnməkdir. Mərkəzdə infeksion, irsi qan xəstəlikləri, reproduktiv problemlərin erkən diaqnostikası aparılır. Bununla yanaşı, terapevt, qastrentroloq, ginekoloq  və nevropatoloqun konsultasiyaları ilə əvvəlcədən planlaşdırılaraq pulsuz şəkildə verilir. Müxtəlif “CHECK-UP” müayinələrə isə  5%-20% (30 yaşa qədər) endirim edilir, imkanlarımız daxilində hər hansı infeksion xəstəliyin müalicəsi ödənişsiz təqdim olunur. Uşaqlara eyni  zamanda xüsusi Pulsuz Aksiya-lar tərtib olunur.Çox sayda analiz çeşidinə malik olan mərkəzin laboratoriyasında laborator müayinələrinizin dəqiq olacağına əmin ola bilərsiniz.