Klinikamız ilk binası paytaxt Bakımızın mərkəzində qədim tikililərindən sayılan Dəmiryol vağzalının, 28 May metro stansiyasının yaxınlığında yerləşir. Bura gəlməklə siz, klinikamızın xidmətlərindən yararlana bilərsiniz. Yarandığı gündən insanların sağlamlığının qeydinə qalmağı özünün müqəddəs vəzifəsi hesab edən klinika rəhbərliyi, tibbi xidmətin müasir təbabətin ən son nailiyyətlərindən bəhrələnərək yüksək səviyyədə təşkil olunmasına böyük önəm verir. Klinikamızın əsas fəaliyyət istiqamətləri aşağıdakilardır: -CHECK-UP profilaktik müayinələri bizim fikrimizcə xəsrəlikləri vaxtında aşkar edib qarşısını almaq müasir təbabətin ən vacib hədəflərindən biridir.
Klinikada müasir laboratoriya, ultrasəs diaqnostika kabineti, EXO-kardioqrafiya, doppler, rentgen müayinə, EEQ şöbələri fəaliyyət göstərir. -REPRODUKTİV SAĞLAMLIQ klinikamız kişi və qadın sağlamlığı- sonsuzluq, cinsi yolla keçən xəstəliklər, kişilərdə prostat xəstəlikləri, cinsi zəiflik, tez boşalma, hamiləlik zamanı qadınların müşahidəsi, müayinəsi və müalicələri sahəsində böyük təcrübə toplamış və nailiyyətlər əldə etmişdir. STOMATOLOGİYA klinikamızın stomatoloji şöbəsinin müasir DENTAL İMPLANT bölümü və stomatologiyanın başqa bölümlərində peşəkar mütəxəssislər işləyir. EKSTRAKORPORAL -şöbəsində ozonla müalicə, qanın ultrabənövşəyi şüalarla şüalandırılması, membran və qravitasion plazmaferez bir şox xəstəliklərin müalicəsində o cümlədən sonsuzluğun müalicəsində prostatitlərdə, endokrin sistemi xəstəliklərdə, şəkərli diabet, astma kimi yayilmış xəsrəliklərdə, allergiya və immun sistemin digər xəstəliklərind əhamilələrdə toksikoz, anemiya və başqa problemlər zamanı apar;lan mwalicələr danılmaz müsbət effektlər verir.
Bundan əlavə lazer epilyasiya, kosmetologiya, fizioterapiya və s şöbələr də mövcuddur. Klinikamızın yeni binası 2011-ci ildə Yeni Yasamal D. Bünyadzadə 1 ünvanında xidmətinizə verilmişdir. Burada siz, hər cür tibbi xidmətlərdən yararlana bilərsiniz. Vital doğum evi, Cərrahiyə mərkəzi və Poliklinika Plastik, laparoskopik, mikroskopik əməliyyatlar və digər müalicələr yerli və xarici həkimlər tərəfindən aparılır. Tibbi xidmətin daha yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə klinika dünyanın bir sıra ölkələrinin qabaqcıl tibbi müəssisələri ilə əməkdaşlıq edir, təcrübə və həkim mübadiləsindən geniş şəkildə bəhrələnir. Klinikada aztəminatlı, şəhid ailələrinin üzvlərinə, müharibə və əmək veteranlarına hassaslıqla yanaşılaraq tibbi xidmətin güzəştli şərtlərlə aparılması, müxtəlif humanitar aksiyaların keçirilməsi ənənəvi hal almışdır. Kimsəsiz uşaqlara və kimsəsiz qocalara pulsuz tibbi xidmət, kimsəsiz oğlan uşaqlarına pulsuz sünnət olunur.
Sağlamlığınız etibarlı əllərdədir şüarını özünün fəaliyyət kredosu seçən kollektivimiz əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün bütün vasitələrdən istifadə edir. Klinikamızın yeni binası 2011-ci ildə Yeni Yasamal D. Bünyadzadə 1 ünvanında xidmətinizə verilmişdir. Burada siz, hər cür tibbi xidmətlərdən yararlana bilərsiniz. Vital doğum evi, Cərrahiyə mərkəzi və Poliklinika Plastik, laparoskopik, mikroskopik əməliyyatlar və digər müayinələri yerli və xarici həkimlər tərəfindən aparılır. Qurulan ailənin təməli sağlam olmalıdır. Buna görə də, ailə qurmamışdan əvvəl həkim müayinəsindən keçmək məqsədə uyğundur. Bu müayinələr nəticəsində ailə : infeksion, ginekoloji, androloji, uroloji və bir çox problemlərdən azad ola bilər.