Veyseloğlu xəritədə

Veyseloğlu

Bakı, Keşlə qəsəbəsi, Nizami rayonu, Köndələn küçəsi, 2 AZ1031 *** 3 səs

Veyseloğlu haqqında

"Veysəloğlu" Ticarət və Distribyutor şirkəti 1994-cü ildə təsis edilmişdir. Fəaliyyətinə topdan satış mərkəzi kimi başlayan şirkət hal-hazırda xidmət keyfiyyəti ilə seçilən müasir ticarət holdinqinə çevrilmişdir. Əgər ilk zamanlar şirkət ərzaq məhsullarını yalnız Türkiyədən idxal edirdisə, indi partnyor ölkələr siyahısına Rusiya, Ukrayna, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Koreya, və s. Ölkələr də əlavə olunub. Bizim məqsədimiz – Azərbaycanın ərazisində olan bütün ticarət nöqtələrinə yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Biz xarici istehsalat fabrikləri ilə distribyutor münasibətləri səviyyəsində əməkdaşlıq edirik. "Veysəloğlu" Ticarət və Distribyutor şirkəti distribyutor məhsulunun yayılmasını əvvəl Bakı şəhərindən başladı, sonra isə Azərbaycanın bütün regionlarında davam etdi. Bunun nəticəsi olaraq, Şirkətimizin yaydığı məhsula olan tələbat artdığından, işçi kollektivi 40% artdı. Şirkətin mərkəzi anbarı, ölkənin cənub hissəni əhatə edən Salyan şəhərindəki filialı və ölkənin qərb hissəsini əhatə edən Mingəçevir şəhərindəki filialı vardır. Müasir infrastrukturlu anbara malik olması və 80-dən artıq (Türkiyə, Rusiya, Ukrayna, Belorusiya, Almaniya,Fransa, Macarıstan, Polşa, və s.) distribyutor xidmətlərinin göstərilməsi bizim inkişafımıza müsbət təsir göstərir. Xidmətin yüksək keyfiyyətinin təmin edilməsi üçün bizim şirkətimiz müasir texnologiyaların bütün nailiyyətlərini istifadə edir. Ərazidə olan müştərilərlə əlaqə onlayn rejimdə həyata keçirilir. Bu yolla alınan sifarişlər sifarişçiyə daha tez çatdırılır. Bizim missiyamız - Azərbaycanın ərazisində olan bütün ticarət nöqtələrinə yüksək keyfiyyətli xidmətin göstərilməsidir.