Venalazer xəritədə

Venalazer

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 38 AZ1000 *** 3 səs

Venalazer haqqında

Venalazer varikoz damar mərkəzi 2014 - cü il fevral ayının 10 - da fəaliyyətə başlamışdır. Mərkəzin yaradılmasında əsas məqsəd varikoz xəstəliyindən əziyyət çəkən insanlara Avropa tibb standartlarına uyğun formada xidmət göstərməkdir.Burada fəaliyyət göstərən mütəxəssisələr dəfələrlə Avropanın bir çox ölkələrində ( Latviya, Almaniya, Avstriya, Belçika, Türkiyə və s.) iş təcrübəsi keçmiş həkimlərdir.Venalazer mərkəzi varikoz xəstəliyin aradan qaldırılması üçün istifadə olunan müasir avadanlıqlarla tam təchiz olunmuşdur.Peşəkar həkimlərin və innovasion texnologiyalı avadanlıqların köməkliyi izə Siz ayaqlarınızdakı genişlənmiş damar və kapillyarlardan asanlıqla canınızı qurtara bilərsiniz.

Venalazer varikoz damar mərkəzinin xidmətləri

Diaqnostika-Müasir dövrdə varikoz xəstəliyinin diaqnostikası üçün Rəngli Doppler müayinəsi "qızıl standart " hesab olunur.Müayinə zamanı damarların ölçüləri, keçiriciliyi, qapaqların vəziyyəti və tromb haqqında geniş məlumat əldə edilir.
Lazerlə müalicə-Lazerlə müalicə (EVLA – Endovenoz Lazer Ablasiyası ) - varikoz xəstəliyinin ən uğurlu müalicə metodu olub, damar divarına daxildən lazer enerjisi ilə təsir etməklə, onun sorulmasına əsaslanır. İnkişaf etmiş ölkələrdə varikoz əməliyyatlarının 80-90 % - i məhz bu üsulla aparılır.
Exoskleroterapiya-Exoskleroterapiya adi gözlə görünməyən genişlənmiş damarların müalicəsində istifadə olunur.Prosedura zamanı ultrasəs aparatının nəzarəti altında genişlənmiş damara müalicəvi köpük yeridilir. Nəticədə həmin damarlar surulub itir.
Skleroterapiya-Skleroterapiya damar daxilinə xüsusi preparatın yeridilməsi ilə onun aradan qaldırılmasıdır. Bu metod əsasən damar ulduzcuqlarının, genişlənmiş kapilyarların, səthi görünən damarların aradan qaldırılması üçün istifadə olunur.
Radiofrekans-Ümumiyyətlə varikoz xəstəliyinə irsi meyilliyi olan insanlar ildə bir dəfə həkim-fleboloqun müayinəsindən keçməlidirlər.