Vegas Optics xəritədə

Vegas Optics

Bakı, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 16 AZ1000 *** 2 səs

Vegas Optics haqqında

"Vegas Optics" optik məhsulların satışı üzrə ixtisaslaşıb. Firma optik, gün eynəkləri və geniş çeşdidə müxtəlif aksessuarların istehsalı və satışı ilə məşğuldur.2011-ci ilin avqust ayında Vegas Optics optik şəbəkəsinin Bakıdakı ilk mağazası öz qapılarını müştərilərinin üzünə açmışdır. Fəaliyyətə başladığı ilk gündən etibarən bu mağaza ölkənin optik bazarında lider mövqelərdən birini tutmağı bacarmışdır. Qazanılan uğurun əsas amili kimi, rəhbərlik tərəfindən müəyyən edilmiş yüksək keyfiyyət markasını, eləcə də şirkətin bütün əməkdaşlarının professionalizmini və işin keyfiyyətini göstərmək olar.Vegas Optics optik mağazalar şəbəkəsi Safilo Group-un Azərbaycandakı rəsmi distribütoru hesab olunur. İtaliya şirkəti olan Safilo Group – günəşdən qorunma eynəklərinin və optik çərçivələrinin dünyada ən nəhəng istehsalçılarından biri və bu seqmentin ən keyfiyyətli məhsullarının istehsalında qlobal lideri sayılır.

Vegas Optics-in xidmətləri

Şirkətin portfelində həm özlərinin, həm də tanınmış brendlərin lisenziyası ilə buraxılan eynək çərçivələri və günəşdən müdafiə və idman eynəklərinin nadir kolleksiyası toplanmışdır.Vegas Optics mağazalarında Safilo Group-un aşağıdakı brendləri təmsil olunmuşlar: Carrera, Bottega Veneta, Dior, Gucci, Hugo Boss, Max Mara, Max & Co., Valentino, Saint Laurent və s.Bizim şirkət həmçinin İtaliyanın Luxottica Group-un, çərçivələr və günəşdən müdafiə eynəklərinin istehsalı üzrə dünya lideri kimi tanınan bir şirkətinin rəsmi dileri sayılır.
Vegas Optics mağazalarında Luxottica Group-un aşağıdakı brendləri təmsil olunmuşlar: Ray-Ban, Persol, Bvlgari, Burberry, Dolce & Gabbana, Polo, Prada, Miu Miu, Giorgio Armani, Ralph Lauren, Versace və s.Rahatlığа və minimalizma üstünlük verən alıcılarımıza Vegas Optics satış salonlarında Avstriya istehsali olan ultra-yüngül titan "Silhouette" eynəkləri təklif olunur.

Vegas Optics-də yuxarıda sadalanan markaları ilə yanaşı İtaliya şirkəti "Marcolin Group" istehsalı olan Tom Ford, Dsquared, Mont Blanc, Swarovski, Roberto Cavalli günəşdən qorunma eynəkləri və optik çərçivələri əldə edə bilərsiniz.Premium seqmenti olaraq Vegas Optics salonlarında Cartier, Maybach, Gold & Wood, Korloff, Boucheron, Bentley, Chopard, Zilli kimi tanınmış brendlərlə təmsil olunub.
Vegas Optics optik mağazalar şəbəkəsinin daha bir əhəmiyyətli tərəfdaşlarından biri də eynəklərin hazırlanması zamanı bizim istifadə etdiyimiz optik linzaların istehsalı ilə məşğul olan Almaniyanın Rodenstock şirkətidir. Bu şirkət dünya miqyasında müasir linzaların hazırlanması və istehsalı sahəsində liderliyi öz əlində saxlamaqdadır.

Vegas Optic şirkətinin fəaliyyəti

Bu gün qətiyyətlə demək olar ki, Vegas Optics mağazalarındakı çeşidlər özündə istənilən zövqə uyğun modellərin nəhəng rəngarəngliyini cəmləmişdir. Bunlar orta və yüksək qiymət kateqoriyasına malik bazarın bütün seqmentlərini əhatə edir. Çərçivələrin və günəşdən müdafiə eynəklərinin böyük seçimi bizim müştərilərə fərdi yanaşmaya və gözlərini zərərli ultrabənövşəyi şüaların təsirindən qorumağa imkan verir. Bizim şirkətin ticarət siyasəti optikanın tanınmış tədarükçüləri və istehsalçıları ilə birbaşa tərəfdaşlıq zəminində qurulmuşdur.Sifarişlərin və satışın böyük həcmləri məhsullarımızın geniş çeşidini, rahatlığını və onların istehsalçıların sertifikatları ilə təsdiqlənmiş yalnız lisenziyalı keyfiyyətini təmin etməkdədir.

Müştərilərə təqdim olunan optik məmulatların geniş çeşidi ilə yanaşı, Vegas Optics mağazaları özlərinin nadir interyeri və konseptual dizaynı ilə digərlərindən çox fərqlənir. Bütün bunlar müştərilərimizə azad seçim və geniş imkanlar mühiti bəxş etməkdədir. Bizim salonların olduqca geniş və müasir tərtibatı, sadəliyi və rahatlığı ilə diqqəti özünə cəlb etmək məqsədini daşımışdır ki, bu da alıcılara düzgün seçim etmələrinə imkan yaratmaqdan ötrü düşünülmüşdür.Müasir bazarın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu gün müştərilərin diqqəti və hörməti məhsulun çeşidi və dükanların dizaynı ilə deyil, ilk növbədə əməkdaşların professionalizmi və işin keyfiyyəti ilə, məhz Sizə lazım olanı təqdim etmək bacarığı ilə qazanılır. Buraya eynəklər, linzalar, bəzək əşyaları, yaxud mütəxəssislərin məsləhətləri də daxildir.

Şirkətin fəaliyyət məqsədləri

  • кeyfiyyətli xidmətin göstərilməsinin səviyyəsini daim artırmalı,
  • müasir innovasiya texnologiyalarını tətbiq etməli,
  • Azərbaycanda optika mədəniyyətini inkişaf etdirməli.

Bizim şirkətin fəaliyyətinin əsas məqsədi: ehtiyacı olanların hamısına mükəmməl görmə qabiliyyəti hədiyyə etməkdir.Vegas Optics şirkətinin əsas nailiyyətlərindən biri də Azərbaycanda bir saat ərzində eynəyin hazırlanması ideyasının tətbiqi və uğurla həyata keçirilməsidir. Alıcı mağazaya gəlir, müayinədən keçir, uyğun çərçivəni seçir və 15 dəqiqədən sonra hazır eynəyini əldə edir. Uzun müddət gözləmə yoxdur, iş tez və keyfiyyətli görülür.

Yeni ideyaların tətbiqindən savayı, biz daim göstərdiyimiz xidmətlərin keyfiyyətinin və əməkdaşlarımızın ixtisas səviyyəsinin artırılması üzrə iş aparırıq. Şirkətimiz onlara yeni, keyfiyyətli təlim proqramları təklif edir, mütəmadi olaraq professional treninqlər keçirir. Bu səbəbdən də tam əminliklə bəyan edirik ki, bizim məsləhətçilərimizin və həkim-oftalmoloqlarımızın savad və biliklərinin səviyyəsi ilə fəxr edirik.Şirkətimizin məsləhətçiləri həmişə sizin köməyinizə gəlməyə, professional səviyyədə düzgün seçim etməyə yardım göstərməyə hazırdır. Bizim optik salonun bütün əməkdaşları yüksək bilik səviyyəsi və professionalizmi ilə seçilir. Bu zaman gənc mütəxəssislərə, onların inkişafa təşəbbüslərini mükafatlandıraraq həmişə kömək eləməyə şadıq.