Universal Training & Consulting Center xəritədə

Universal Training & Consulting Center

Bakı, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 115 AZ1000 *** 1 səs

Universal Training & Consulting Center haqqında

«Universal Treninq və Konsaltinq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti (UTKM) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış müstəqil təşkilatıdır. UTKM strateji hədəfi onu cox sahəli, müxtəlif treninq və konsaltinq işi əsas prioritet olmaqla, layihələrin idarə edilməsi (layihə menecmenti) sahəsində Azərbaycanda yüksək keyfiyyətli və beynəlxalq sertifikasiyaya malik tədris və geniş çeşidli məsləhət xidmətləri göstərən, lider təşkilata çevirməkdən ibarətdir.

Universal Treninq və Konsaltinq Mərkəzinin xidmətləri

UTKM göstərilən xidmətlərə yüksək tələbin olması onu Azərbaycanda sahibkarlara, biznes iş adamlarına, hüquqi və fiziki şəxslərə sistemli və davamlı məsləhət, informasiya və tədris xidmətlərinin göstərilməsində, yaradılmasında yaxından iştirak etmək, biznesə başlayanlar və müəssisə layihələrinin idarə olunması üçün zəruri biliklərin verilməsi, əməkdaşlarının vaxtaşırı kadr hazırlığı və ixtisasartırma kurslarının həyata keçirilməsi və sahibkarların maarifləndirilməsi məqsədilə biznes sferasına aid olan mövzularda ölkə sahibkarları üçün treninq və konsaltinq sahəsində seminarların, dəyirmi masaların, konfransların yüksək keyfiyyətlə həyata keçirməsində aparıcı yerlərdən birini tutmasına səbəb olmasıdır.

Universal Treninq və Konsaltinq Mərkəzinin fəaliyyəti

UTKM yarandığı gündən beynəlxalq əlaqələrin genişləndirilməsini özünün əsas prioritet sahələrindən biri kimi qəbul etmişdir. Belə ki, müxtəlif ölkələrin biznes menecmenti üzrə tədris və konsaltinq sahəsində təcrübəsini öyrənməklə, qabaqcıl yenilikləri ölkəyə gətirmək, yerli şəraitə uyğunlaşdırmaqla ona əlavə dəyər vermək, davamlı olaraq, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək texniki yardımlar cəlb etməklə yerli mütəxəssislərin hazırlanması, birlikdə yeni tədris məhsulları hazırlanması və kurslar aparılması təcrübəli mütəxəssislər dəvət edərək, habelə UTKM-nin mütəxəssisləini xarici təcrübə mübadilələrinə göndərmək.

Beynəlxalq təşkilatların dəstəyi ilə ölkə sahibkarları üçün müxtəlif treninq və konsaltinq sahəsində beynəlxalq seminarların, konfransların təşkili və keçirilməsi regional və beynəlxalq layihələrdə məsləhətçi şirkət kimi iştirak etmək. UTKM-nin məqsədi biznes münasibətlərinin qurulmasının professional və etik standartlarına riayət etmək və şirkətin əməkdaşlarına layiqli münasibət göstərməklə yüksək səviyyəli biznes xidmətlərimiz vasitəsi ilə şirkətin müştəriləri olan hüquqi və fiziki şəxslərin iqtisadi inkişafı və rifahının yüksəldilməsinə öz töhfəmizi verməkdir.