Birləşmiş Millətlər Təşkilatının Ictimai İnformasiya Departamenti - IID xəritədə

Birləşmiş Millətlər Təşkilatının Ictimai İnformasiya Departamenti - IID

Bakı, Bayıl qəsəbəsi, BMT-nin 50 illiyi küçəsi, Səbail rayonu, 3 AZ1001 *** 2 səs

Birləşmiş Millətlər Təşkilatının Ictimai İnformasiya Departamenti - IID haqqında

Birləşmiş Millətlər Təşkilatı, BMT — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil.BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi.

BMT-nin məqsədləri

  • münаqişələrin sülh yоlu ilə tənzimlənməsi və kоllеktiv tədbirlər qəbul еtməklə bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı;
  • хаlqın özünüdərkеtmək və bərаbərlik prinsipinə hörmət еtmək əsаsındа ölkələr аrаsındа dоstluq münаsibətlərinin inkişаf еtdirilməsi;
  • bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, bеynəlхаlq iqtisаdi təşkilаtlаr bütün insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsi;
  • müхtəlif ölkələrin rаzılаşmаsı üzrə; bu məqsədlərə çаtmаğа yönəldilmiş mərkəzi оrqаnın funksiyаlаrının yеrinə yеtirilməsi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.Üzv-ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.