Azərbaycan Əlil Təşkilatları Ittifaqı 18 oktyabr 2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmışdır.16 aprel 2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır.Hazırda üzvlərin sayı 31-dir. Qəbələ və Qazax rayonunda resurs mərkəzləri, regionlarda üzv təşkilatların şöbələrinin bazasında nümayəndəlikləri vardır.Üzv təşkilatlardan biri beynəlxalq, 4 regional, qalanları Respublika statusludur. 3 təşkilat beynəlxalq təşkilatların üzvüdür: Beynəlxalq Əlil təşkilatları birliyi, Beynəlxalq gözdən əlillər birliyi, Beynəlxalq Hemofiliya Assosiasiyası
Üzv olduğu təşkilatlar
- Dünya Əlillər Birliyi;
- Yoxsulluğa Qarşı Qlobal çağırış;
- BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupu;
- Ombudsmanın yanında müstəqil ekspertlər qrupu”
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində:
- “Əlil və Şəhid ailələri üçün Respublikanın müxtəlif şəhər və rayonlarında inşa olunan yaşayış binalarının bölgüsünü həyata keçirilməsini həyata keçirən komissiya”
- “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərən komissiya”.
- Azərbaycan Şəffaflıq Tərəfdaşlığı QHT-lərin platforması
- İnsan Hüquqları üzrə QHT Koalisiyası
- İnsan Huguglarinin monitorinqi ve BMT-nin müqavilə qurumlarına hesabatların hazırlanması üzrə Ekspert Qrupu
Təşkilatın məqsədləri
- Əlillik problemlərinin həllində təşkilatların fəaliyyətinin koordinə olunması
- İştirakçılığın təmin olunması
- Bacarıqların artırılması
- Komandada işləmək, şəffavlığın və davamlılığın təmin olunması vərdişləri