Unimed xəritədə

Unimed

Bakı, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 27 AZ1000 *** 1 səs

Unimed haqqında

Unimed Limited şirkəti Türkiyə-Azərbaycan birgə müəssisəsi olaraq, Türkiyənin " METDEM " Şirkətlər qrupuna daxildir. Şirkət Azərbaycanda tibbi sərf ləvazimatlarının topdan və pərakəndə satışı ilə məşğul olur.Unimed Limited 2002-ci ilin may ayında təsis edilib və Azərbaycanda, Bakıda açılmış ofisi ilə öz fəaliyyətinə başlamışdır. "METDEM" Şirkətlər qrupunun baş qərargah ofisi Ankarada yerləşir.Unimed Limited şirkətinin əsas məqsədi surətlə inkişaf edən və çağdaş islahatların aparıldığı Azərbaycan səhiyyə sisteminə tibb sahəsində ən qabaqçıl və müasir məhsullarını gətirərək, satış və marketinqini təşkil etməkdir.

Unimed şirkətinin xidmətləri

Təklif olunuan məhsullar siyahısına cərrahi tikiş sapları, sarğı materialları, katetrlar, süni mayalandırma preparatları və cihazları, göz cərrahiyyəsində istifadə olunan ləvazimatlar, qan torbaları, reagentlər və digər müxtəlif növ tibbi məhsullar daxildir. UNİMED Avropa ölkələrinin, Türkiyənin, İsrailin, Hindistanın aparıcı istehsalçıları ilə yaxından əməkdaşlıq edir. Unimed Dövlət və Özəl Xəstəxanaları və Klinikaları ilə sıx əməkdaşlıq edir. Əsas müştərilərimiz: Neftçilər xəstəxanası, Leyla Şıxlinskaya klinikası, N.Tusi klinikası, MediClub, City Hospital, Mərkəzi Klinik Xəstəxanası və başqaları daxildir.

Unimed şirkətinin fəaliyyəti

2003-cü ildə Şirkət uğurla Bakıda Qan Bankının qurulması üçün BMT-nin UNOPS bölməsinin təşkil etdiyi tender müsabiqəsində xarici iştirakçılar ilə yanaşı iştirak etmiş, layihəni tətbiq etmış və qazanan yeganə yerli şirkət olmuşdur .Unimed Bakı Qan Bankının laboratoriyasını müasir avadanlıqlarla və diaqnostik test dəstləri ilə təchiz etmişdir.2004-cü ildə Şirkət Azərbaycanda ilk Milli Süni Mayalanma Mərkəzinin yaradılmasında yaxından iştirak etmişdir. Belə ki, mərkəz tələb olunan bütün avadanlıqlarla təchiz olunaraq, Türkiyədən həkim və mütəxəssislərin dəvət olunmasını təşkil etmişdir. Mərkəz açıldıqı vaxtdan əhali üçün süni mayalanma xidmətləri və digər müalicələri təmin etmişdir. Unimed yarandıqı vaxtdan, bütün Kompleks avadanlıqlarının texniki xidməti və sərf olunan bütün materiallarla Mərkəzi təchiz etmişdir.

Unimed mövcud olan sektorda imkanlarını genişləndirmək və öndə gedən yüksək keyfiyyətli tibbi məhsul istehsalçıları ilə yeni uzun-müddətli əlaqələr qurmaq istəyir. Şirkət Azərbaycanın səhiyyə sektorunda artan biznes imkanlarıdan istifadə edərək məhsul çeşidini genişləndirməyə davam etməyi planlaşdırırıq.