“Unikal” Yeyinti Məhsulları İstehsalı Müəssisəsi 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır.2006-cı ildən isə “Unikal”Yeyinti Məhsulları Müəssisəsi “Bəhrə”əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda “Sağlam qida üçün sağlam məhsul”şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir.
“Bəhrə”Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri,regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda da “Bəhrə” əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə iteshlakçılarımız tərəfindən əldə etmək mümkündür.
Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almanya, İtalya, Danimarka və Avstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribyutorudur.
Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz,gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyalar yer tutur.