Warning: Invalid argument supplied for foreach() in /home/birklik/public_html/modules/poi.php on line 618
Unikal Təhsil Mərkəzi Sumqayıt / Şirkət / Oneclick.az

Unikal Təhsil Mərkəzi Sumqayıt xəritədə

Unikal Təhsil Mərkəzi Sumqayıt

Heydər Əliyev prospekti, Sumqayıt, Cəfər Cabbarlı küçəsi AZ1000 *** 3 səs

Unikal Təhsil Mərkəzi Sumqayıt haqqında

Unikal Təhsil Mərkəzi daima yeniliklərə açıq olan, dünyadakı və Azərbaycandakı muasir təhsil sistemini yaxından izləyən, öz fəaliyyətində əsas olaraq müştəri məmmuniyyətini ön planda görən təhsil müəssisəsidir. Mərkəzimizin fəaliyyəti çoxşahəlidir. Təhsil Mərkəzimizdə əhaliyə aşağıdakı xidmətlər göstərilir.

  • Abituriyent kursları - 9-10-11-ci sinif şagirdləri, eləcədə orta məktəb məzunları üçün nəzərdə tutulmuşdur.
  • Magistr kursları - sizin üçün fərdi və qrup hazırlığı ilə daima xidmətinizdədir.
  • Xaricdə təhsil - xidməti sayəsində siz yalnız ATESTAT`la, heç bir imtahan olmadan Türkiyə və Ukrayna universitetlərindən birində oxuya bilərsiniz.
  • Teenager kursları - 5-6-7-8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Proqrama 3 fəndən (Azərbaycan dili, İngilis dili, Riyaziyyat) mükəmməl hazırlıq daxildir. Unutmaq olmaz ki, bu üç fənn gələcək dövrdə şagirdlər üçün baza bilikləri təşkil edəcək.
  • İbtidai sinif hazırlığı - 1-2-3-4-cü sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur.
  • Məktəbəqədər hazırlıq - 4-5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Balacaların məktəbə tam hazırlaşmasını təmin edən mükəmməl proqram onların xəyal dünyasına rənc qatacaq.
  • Kolleclərə hazırlıq - 9-10-cu siniflər üçün nəzərdə tutulmuş, ümumi orta təhsil bazasında kolleclərə Azərbaycan dili, Riyaziyyt və Azərbaycan tarixi fənlərindən hazırlıq.
  • Kompyuter kursları - sayəsində siz ofis, dizayn və s. proqramlardan istədiyinizi yüksək səviyyədə öyrənə bilərsiniz.
  • Xarici dil kursları - ümumi Rus və İngilis dilləri, eləcədə TOEFL və IELTS proqramlarını öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.
  • YÖS kursları - sayəsində siz yüksək bal toplaya və Türkiyənin bir çox nüfuzlu universitetlərinə qəbul ola bilərsiniz.