Unidez Center MMC 2011-ci ildən dezinfeksiya, deratizasiya və dezinseksiya sahəsində xüsusi təhsilə malik olan mütəxəssis heyəti tərəfindən qurulmuşdur.Unidez Center dünya bazarında Pest control sektorunda öz sözünü demiş olan Bayer, Basf kimi şirkətlərin texniki bilgisini əsas tutaraq həşərat və gəmiricilərlə mübarizədə davamlı olaraq özünü inkişaf etdirən personalıyla fəaliyyət göstərir.Unidez CenterÜmumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Ziyanvericilərlə Mübarizə Birliyi (İPCA) tərəfindən qəbul olunmuş dərman preparatlarından istifadə etməkdədir.
Unidez Center-in iş prinsipi dezinfeksiya xidməti olaraq müştərilərimizə 7/24 keyfiyyətli xidmət göstərərək mikroblarla, həşəratlar və gəmiricilərlə mübarizədə, pest control kimi sahədə bu günə kimi qazanmış olduğumuz bilik və təcrübə sayəsində daha yaxşı xidmət göstərməkdir.
Unidez Centerüçün işin keyfiyyəti, qarşılıqlı anlaşma və müştəri məmnuniyyəti vacib amildir.Unidez Center qida, tekstil, turizm və otel, xəstəxanalar, banklar, restoranlar, əyləncə və bir sıra başqa sektorlarda hər növ həşərat və gəmiricilərə qarşı mübarizə xidmətində əhəmiyyətli uğurlara imzasını atmışdır.Unidez Center-in missiyası mikrob, həşərat və gəmiricilərlə mübarizədə yenilikləri tətbiq edərək, insan sağlamlığını qorumaq, ətraf mühit və sağlamlıq mövzusunda yararlı olmaq, həyat standartlarını yüksəldərək insanlara daha komfortlu həyat tərzi təmin etməklə fəaliyyət göstərdiyi sahədə öz mövqeyini daha da yüksəltməkdir.
Xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə yoluxucu xəstəliklərin törədicilərinin (bakteriyaların, virusların, ibtidailərin və s.) məhv edilməsidir. Dezinfeksiya bir çox xəstəliklərdə infeksiya mənbəyi və ya keçirici sayılan həşəratların və məişət parazitlərinin, həmçinin gəmiricilərin məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir. Dezinfeksiyanın 2 növləri vardır. Profilaktiki dezinfeksiya yoluxucu xəstəliklərin olub-olmamasından asılı olmayaraq daimi aparılır və onların yaranmasının və yayılmasının qarşısının alınmasına yönəldilimişdir. Profilaktiki dezinfeksiya tədbiri infeksiyanın törəməsi və yayılmasının qarşısının alınması məqsədi ilə aparılır. Bu tədbirin ən azı ayda bir dəfə aparılması mütləqdir. Yekun dezinfeksiya tədbiri infeksiya mənbəyi tam aradan qaldırıldıqdan sonra yerinə yetirilir.
Dezinfeksiya iki əsas metodla həyata keçirilir. Fiziki metodla təhlükəli mikroorqanizimləri ətraf mühit obyektlərindən mexaniki üsulla, ultrabənövşəyi şüalar, ultrasəs vasitəsilə məhv edilir. Kimyəvi metodda xüsusi dezinfeksiyaedici məhlullardan istifadə edilir.
Yüksək texnologiya və elmin infikaşını nəzərə alsaq fiziki və kimyavi üsulların tətbiqi ən effektli vasitə kimi qəbul olunur. Kimyavi üsulda dezinfeksiya edici xüsusiyyətə malik olan xüsusi preparatlar tətbiq olunur. Fiziki üsul ULV (ultra low volume) sistemi vasitəsiylə su ilə qarışmış olan dərman preparatlarının 5-10 mikron arasında isti və soyuq duman şəklində yayılmasıdır. Aparılan proses insan sağlamlığı üçün tamamilə zərərsizdir, əsaslı təmizliyə də ehtiyac yoxdur.
Yaşadığımız mühitdə dezinfeksiyanın aparılması yoluxucu xəstəlik və mikroorqanizimlərin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlərdən birinə çevrilmişdir. Bu günkü vaxtda dezinfeksiya işlərini müxtəlif kateqoriyalı hər bir məkanda həyata keçirmək mütləqdir. Bu tədbirlərin profilaktiki olaraq görülməsində məqsəd vərəm, qrip, herpes, hepatit, göbələk kimi virusları əmələ gətirən infeksiyanın qarşısının alınmasıdır.Bizim şirkətimiz aşağıdakı dezinfeksiya xidmətlərini göstərir:Profilaktiki dezinfeksiya ( yeyinti və məişət obyektləri, bağça və məktəblərdə, otel və restoranlarda, evlərdə),Yekun dezinfeksiya (infeksiya mənbəyi aradan qaldırıldıqdan sonra )