UNICEF Azərbaycan xəritədə

UNICEF Azərbaycan

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 24 AZ1095 *** 1 səs

UNICEF Azərbaycan haqqında

UNICEF 1993-cü ildən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. UNICEF-in ölkədəki rolu ölkədə müşahidə olunan sürətli inkişaf tempinə uyğun olaraq artır. 2007-ci ildə isə UNICEF Azərbaycanda fəaliyyətinin istiqamətini dəyişmişdir, ana və uşaqlara birbaşa yardımı təmin etmək əvəzinə təşkilat hal-hazırda uşaq qayğı və müdafiə sistemini ümumilikdə təkmilləşdirmək üçün tərəfdaşlarla çalışır.

UNICEF uşaqlar ilə bağlı məsələləri ünvanlandırmaq üçün özəl sektor ilə fəal şəkildə tərəfdaşlıq qurur və donor hökumətlərin Azərbaycana yatırdıqları sərmayələrin həcmi azaldığından,UNICEF hökumətlərdən daha az həcmdə maliyyə yardımı alır.Bizim bu yanaşmaya cavabımız Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin sosial irəliləyişləri dəstəkləməkdə marağının artmasına diqqətimizi gücləndirmək olmuşdur. Lakin, bundan da önəmlisi ondan ibarətdir ki, UNICEF üzərinə həm biznes fəaliyyətlərini həyata keçirərkən, həm də dəstəklədikləri xeyriyyəçilik fəaliyyətlərini realizə edərkən uşaqları dəstəkləyən korporativ sosial cavabdehlik strategiyalarını hazırlamaqda şirkətlərəyardım etmək öhdəliyini götürmüşdür. Əgər növbəti beş il ərzində UNICEF uşaqlar ilə bağlı məqsədləri dəstəkləməlidirsə özəl sektor ilə tərəfdaşlıq xüsusi önəm kəsb edəcək. Bu günədək az sayda iri şirkət Azərbaycan uşaqlarına və bununla da ölkənin gələcəyinə sərmayə yatırmaq arzusunu ifadə etməklə tərəfdaş olmaq üçün addım artmışdır.

UNICEF-in fəaliyyəti

Birincisi və ən önəmlisi, bu yanaşma özündə səhiyyə sistemi, uşaq müdafiəsinə dair qanunvericilik və təhsil sahələrində islahatların aparılmasını, standartların təkmilləşdirilməsini, təlim və təcrübələrin təmin edilməsini, ən müasir proqram və metodların tətbiq edilməsini və monitorinqin təmin edilməsini ehtiva edir. 2015-ci ilədək nail olunması planlaşdırılan məqsədlər sırasına uşaq ölümü göstəricisinin 30 faiz azaldılması, ölkədəki məktəblərin yarısının məktəb uşağın dostu standartlarına uyğun olmasının və əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunmasının təmin edilməsi daxildir.

İkincisi isə, UNICEF əlilliyi olan şəxslərin hüquqları, erkən nikahlar, qidalanma, ana südü ilə qidalandırma və HİV/QİÇS kimi önəmli və ziddiyyətli məsələlər ilə bağlı yanaşma və davranışları dəyişmək və stereotiplərin və əvvəlcədən formalaşmış yanlış münasibətin formalaşmasının qarşısını almaq üçün kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti və Hökumət ilə birgə sıx əməkdaşlıq mühitində çalışır.

Əgər öncə UNICEF-in fəaliyyətləri birbaşa yardım vasitəsilə bir neçə min uşağa təsir edirdisə, bu gün təşkilatın əsas məqsədi sistematik dəyişiklikləri təmin etmək və bütün Azərbaycan uşaqlarının həyatına təsir etməkdir. Əlbəttə ki, onlar daha yaxşı həyata layiqdirlər. 21-ci əsr misilsiz imkanlar dövrü olacaq. Bundan bütün Azərbaycan uşaqlarının bəhrələnib bəhrələnməməsi isə UNICEF, dövlət orqanları, yerli icmalar, digər beynəlxalq təşkilatlar və özəl sektorun təmsil olunduğu güclü koalisiyanın yaradılmasından asılı olacaq.