UNFPA BMT-nin Əhali Fondu xəritədə

UNFPA BMT-nin Əhali Fondu

Bakı, BMT-nin 50 illiyi küçəsi, Səbail rayonu, 3 AZ1001 *** 1 səs

UNFPA BMT-nin Əhali Fondu haqqında

BMT-nin Əhali Fondu (UNFPA)sağlam həyat və bərabər imkanlardan bəhrələnmək üçün hər bir kişi, qadın və uşağın hüquqlarını təmin edən beynəlxalq inkişaf agentliyidir. BMT-nin Əhali Fondu, yoxsulluğun azaldılması, eyni zamanda hər bir hamiləliyin arzu edilən olması və hər bir doğuşun təhlükəsizliyi, heç bir gəncin İİV/QİÇS-ə yoluxmaması, hər bir qız və qadına qarşı ləyaqət və hörmətin təmin olunması məqsədilə müxtəlif ölkələrin öz siyasət və proqramlarında əhali üzrə göstəricilərindən istifadə etməsinə yardım göstərir.Əhalinin gender və gender əsaslı zorakılıq, müvafiq milli qanunvericilik və insan hüquqları instrumentləri üzrə biliklərini artırmaq məqsədilə BMT-nin Əhali Fondu gender əsaslı ayrı-seçkiliyin bütün formaları ilə mübarizənin səmərəli təşkil edilməsi üçün bir sıra təhsil və maarifləndirmə tədbirləri həyata keçirir. Bununla əlaqədar, BMT-nin Əhali Fondu QHT-ləri/Peşəkar Assosiasiyaları seçilmiş məqsəd qrupları – kişi qrupları, müəllimlər və digər icma üzvləri üçün Gender Bərabərliyi və Gender Əsaslı Zorakılıq mövzusunda təlimlərin təşkil edilməsi üzrə tenderə dəvət edir.