“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında və s. yardım edən müstəqil milli qeyri-hökumət təşkilatıdır. "Umid" SİD İB ilk fəaliyyətinə 1997-ci ildə Sumqayıtda yerləşən xırda köçkün icması ilə kiçik həcmli kredit layihəsinin yerinə yetirilməsi ilə başlamışdır. Bu layihə üzrə nümayiş etdirdiyi uğurlu iş və innovasiya ilə Umid nüfuz qazandı və inkişaf etməyə başladı.
Ümid SİD İB-nin missiyası
- İqtisadi və məşğulluq imkanlarının Biznes İnkişafı Xidməti (təlim, konsultasiya, təlimatlandırma), usta yanında şagird hazırlığı, kredit fəaliyyəti və şəbəkə vasitəsilə genişləndirmək
- Hədəf icmaların özünə inamını sosial, təhsil və iqtisadi ehtiyaclarla bağlı qarşıya çıxan problemləri həll etmək istiqamətində təlimatlandırmaqla nail olmaq
- İcmanın savadlanmasını onları təhsilə və məlumatlılığı artırmağa cəlb etməklə təmin etmək
- Rəsmi və qeyri-rəsmi qurumların inkişafını onların təşkilati və idarəetmə bacarıqlarını davamlı və peşəkar texniki kömək göstərməklə dəstəkləmək
- Qurum və icmalara şəffaf, birgə işləmək, məsuliyyətli olmaqla özünün davamlı inkişafını təmin etməkdə kömək etmək