Uludağ Istirahət mərkəzi xəritədə

Uludağ Istirahət mərkəzi

İlisu Kəndi, Qax AZ1000 *** 2 səs

Uludağ Istirahət mərkəzi haqqında

Qax rayonunun İlisu kəndi Qax şəhərindən 12 km şimal-şərqdə, Baş Qafqaz sıra dağlarının ən gözəl yerlərindən birində yerləşir. Ətraf ərazinin flora və faunası öz ilkinliyini qoruyub saxlamışdır, mövcud füsunkar təbiət həmişə Azərbaycanın yerli əhalsinin və qonaqların diqqətini çəkir. Ilisu kəndi qədim yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 1400 m yüksəkdə yerləşir. Qax rayonunun İlisu kəndinin ərazisində dag döşündə 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Kompleksə mərkəzi kompleks binası, iki mərtəbəli və bir mərtəbəli daş və taxtadan tikilmiş kotteclər daxildir. Mərkəzi kompleks binada müəssisənin ofisi, 150 yerlik kafe, diskoteka, internet mağaza və s. xidmət mətəqələri yerləşir. Binalarda turistlərin dincəlməsi üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır. İlisu tarixi abidələr baxımından çox zəngindir. Turist marşrutlarına Sumu Qalaya, qədim alban məbədlərinin xarabalıqlarına, qədim Şəki yolu ilə Kum, Likit yaşayış məntəqələrinə, müqəddəs Georgi məbədinə, qədim məscidə və s. yerlərə gəzinti nəzərdə tutulur. Şamil qalasının xarabalıqlarından Dağıstanla aramızda son yaşayış məntəqəsi olan Sarı-baş qülləsi görünür. Kompleksdə müalicə əhəmiyyətli olan isti suda vanna qəbul etmək olar.

İlisu Uludağ Turizm və İstirahət Kompleksi

  • Rahat kottec tipli evlər.
  • 2-3-5 nəfərlik 2 otaqlı apartamentlər.
  • Şərq və avropa üslublu 150 yerlik restoran, terras.
  • Dəniz səviyyəsindən 1400 m yüksəklikdə üzgüçülük hovuzu, futbol, voleybol, basketbol meydançalari, tennis kortu, bilyard, stolüstü tennis, diskoteka, üşaq meydançası və s.

Bir günlük qalmaq, səhər yeməyi və əyləncələr daxil:

  • Ekstra yataga görə əlavə - 10 AZN ödənilir
  • 1 nəfərin 3 dəfə yemək və qalmaq xərci - 50 AZN.
  • 1 otaqlı 2 nəfərlik daş kotteclər - 60 AZN,
  • 2 otaqlı 2 nəfərlik taxta kotteclər - 60 AZN,
  • 2 otaqlı 3 nəfərlik daş kotteclər - 90 AZN,
  • 2 otaqlı 4 nəfərlik taxta kotteclər - 100 AZN,

Uludağ Turizm Kompleksidə istirahət və əyləncə

Uludağ İstirahət və turizim mərkəzində fəaliyyət göstərən çimərlik hövuzları, diskoteka, stolüstü tennis, bilyard zalı, uşaq meydançası, futbol meydançası, voleyboll meydançasından istifadə pulsuzdur.

Uludağ istirahət və turizm mərkəzində:

  • 240 nəfərlik kotec tipli mənzillər;
  • 300 nəfərlik açıq və qapalı restoran;
  • 50 nəfərlik hovuz ətrafı açıq kafe;
  • 50x25 metrlik böyük və iki kiçik hovuz;
  • Müalicəvi vannalar;
  • Diskoteka;
  • Stolüstü tennis
  • Bilyard zalı;
  • Futbol meydançası;
  • Volleybol və basketbol meydançası;
  • Badminton;
  • Tir;
  • Katamaranla gəzinti;
  • Uşaq meydançası və s. sizin xidmətinizdədir.