Ultraviolet Boutique xəritədə

Ultraviolet Boutique

Bakı, Nəsimi rayonu, Səfərliyeva Kəvkap küçəsi, 12 AZ1010 *** 1 səs

Ultraviolet Boutique haqqında

"Ultraviolet" butiki müştərilərə məşhur Laurel, Rena Lange, Tara Jarmon, Paul & Joe brendlərinin geyimlərini təqdim edir. "Laurel" - məşhur premium klass Alman markası qadınlar üçün geyim istehsal edir. "Laurel" geyimləri eleqant və sadədir. Hər bir modelin yaradılması üçün çoxsaylı detallar, parlaq rəngli zərif trikotajlardan istifadə olunur. Brendin bütün məhsulları keyfiyyəti və ideal tikilişi ilə seçilir. "Rena Lange" - elit qadınlar üçün geyim istehsal edən məşhur brenddir. Geyimdən başqa brend həm də aksessuarlar təqdim edir. Özündə eleqantlıq və rahatlığı birləşdirən "Rena Lange" geyimləri bütün dünyada bir çox qadınların etimadını qazanıb. Brendin mövsümi kolleksiyası klassik don və kostyum modellərini önə çəkib. Universallığı ilə seçilən Paris brendi "Tara Jarmon" qadınlar üçün rahat və cəlb edici, lakin təhrikedici olmayan geyimlər istehsal edir. Brendin geyimləri naxışlar və xüsusi detallarla işlənilir. "Tara Jarmon" brendini müasir və dəbli xanımlar seçirlər. Fransız markası "Paul & Joe" dizayner Sofi Aldou öğullarının şərəfinə 1995-ci ildə yaradılıb. Brend özündə fransiz zərafəti və müasir modanı birləşdirərək kişi və qadınlar üçün yüksək keyfiyyətli geyim istehsal edir. "Paul & Joe" kolleksiyalarında sərfəli qiymətə "Sister"-in dəbli geyim xətti təqdim olunur.