Ucar Rayonu İcra Hakimiyyəti xəritədə

Ucar Rayonu İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Ucar, 81 AZ6100 *** 1 səs

Ucar Rayonu İcra Hakimiyyəti haqqında

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Ərazisi 0,85 min kvadrat kilometrdir. Əhalinin sayı 01 yanvar 2015-ci il tarixə 84095 nəfərdir. Əhalinin orta sıxlığı 1 kvadrat kilometrə 98,6 nəfərdir.Ucar rayonu ilə Bakı şəhəri arasındakı məsafə 234 kilometrdir. Rayonun tabeliyində 1 şəhər, 15 kənd ərazi vahidi vardır. Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir.Ucar rayonu 24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göyçay rayonunun tərkibində olmuşdur.

Ucar rayonunun tarixi

Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir.Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir.Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur.XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında Ucar sözünə rast gəlinir.Bəzi mülahizələrə görə rayonun adı qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürülmüşdür. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun respublikamızın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal olunur.1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır.1963-cü ildə Zərdab rayonu ləğv edilərək 856 km2 sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən bərpa olunarkən Ucardan ayrılmışdır.

Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.Yayı quraq keçən isti, yarımsəhra və quru-çöl iqlimi vardır. Əsas kənd təsərrüfatı bitkiləri taxıl, pambıq, tərəvəzdir.