Türkiyə Mədəniyyət və Turizm Mərkəzi xəritədə

Türkiyə Mədəniyyət və Turizm Mərkəzi

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 94 AZ1000 *** 1 səs

Türkiyə Mədəniyyət və Turizm Mərkəzi haqqında

Türkiyə, nəfəs kəsici təbii gözəllikləri, tayı bərabəri olmayan tarixi və arxeoloji qalıqları, get-gedə inkişaf edən otelçilik və turizm infrastrukturu, qonaqpərvərlik ənənəsi və məqbul qiymətlərlə qonaqlarını çox məmnun edəcək imkanlara malikdir. Bu geniş seçimlər nəzərə aldıqda, Türkiyənin son zamanlarda dünyanın ən məşhur turizm mərkəzlərindən biri halına gəlmiş olması heç təəccüblü deyil. Türkiyənin dəyişən coğrafi şərtləri içində bir gündə dörd fərqli iqlimi yaşamaq mümkündür. Üç tərəfi üç fərqli dənizlə əhatə olunmuş, düzbucaq formasında olan ölkənin sahilləri çimərliklər, adalar, körfəz, buxtaar, limanlar və yarımadalarla bəzənmişdir. Yaz mövsümünün səkkiz aya qədər uzandığı bölgələrdə uzun müddət davam edən turizm tədbirlərindən başqa yay və qış turizmi boyunca hər cür idmana uyğun olan görkəmli dağlar, vadilər, göllər, çaylar, şəlalələr və mağaralar ölkənin hər tərəfini bəzəyir.