Türkəm Dərsanəsi xəritədə

Türkəm Dərsanəsi

Bakı, Səbail rayonu, Nizami küçəsi, 123 A AZ1000 *** 2 səs

Türkəm Dərsanəsi haqqında

Dersanəmizdə bütün xarici dillər, komputer proqramları, məktəbə qədər və məktəb dərslərinin hazırlığı, xaricdə təhsil proqramları üzrə fəaliyyət göstərir. Peşəkar kollektiv və yüksək səviyyədə tərtib olunmuş dərs proqramı tələbələrimizin proqramı qısa müddətdə tam mənimsəməsinə şərait yaradır. Dərslər tələbənin yaşına, bilik səviyyəsinə, ixtisasına uyğun təşkil olunur. Xarici dil öyrənmək istəyən tələbələrin əvvəlcə dil bilikləri yoxlanılır. Dil bilmə səviyyələri uyğun olan tələbələr müvafiq qruplarda birləşdirilir və tələbəyə uyğun qrafiklə dərs proqramı tərtib olunur.

Dərslərin keçirilmə qaydası

Beynəlxalq səviyyələrə uyğun tərtib olunmuş dərs qrafiki ilə tələbə lazımı bilikləri qısa zamanda və ərtaflı şəkildə mənimsəyir. Hər bir səviyyəni başa vurmuş tələbə səviyyə imtahanı verərək növbəti səviyyəyə başlama haqqı qazanır. Əlavə olaraq təşkil edilmis danışıq Klublarinda (xarici müəllimlərin iştirakı ilə) və Dinləmə dərslərində iştirak edən tələbə qisa zamanda dil vərdişlərinə yiyələnir. Proqram tələbələrin səviyyəsində asılı olaraq 4-8 ay müddətində davam edir. Kurs müddətində tələbəyə lazımı vəsaitlər Təhsil Mərkəzi tərəfindən verilir. Vəsaitlərə Student book, Work book, Audio və video disklər, oxu kitabları, səviyyələrə uygun lüğətlər və tərcümə materilları aiddir. Bizim komputer kursları peşəkar müəllimlərin iştirakı ilə aparılır.

Mərkəzin xidmətləri

Kurs müddətində tələbələr proqramın həm nəzəri, həm də praktiki yönlərini öyrənirlər. Praktiki işlərin icrası tələbələrə proqramı istədikləri sferada asanlıqla istifadə edə bilmə bacarıqları aşılayır. Mərkəzimiz təhsilini xaricdə davam etdirmək istəyən tələbələrin dünaynın tanınmış universitetlərinə qəbul prosesini reallaşdırırçaqla yanaşı həmdə tələbələrin 2 həftədən başlayaraq dünyanın istənilən ölkəsində dil kurslarına və şəxsi inkişaf proqlarına qoşulmasına köməklik göstərir. Mütəmadi olaraq təşkil olunan danışıq klubları, seminarlar, təlimlər, uşaq klubları tələbələrimizin inkişafına təkan verir. Mərkəzimiz həmçinin şirkətlərə koorperativ xidmət göstərir. Müştərilərin istəyindən asılı olaraq dərslər istər mərkəzimizdə , istərsədə müştərimizin ofisində təşkil edilir. Şirkətlərdə dil kursları, komputer proqramları, ixtisas yönümlü təlimlər təşkil olunur.