Turizm.az xəritədə

Turizm.az

Bakı, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 69 AZ1065 *** 1 səs

Turizm.az haqqında

“Turizm.Az” Travel Group 2005-ci ildən çox profilli tur operator olaraq Azərbaycanda və Dünyanın İstənilən ölkəsində İstirahət və Biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkət olaraq tanınır. Şirkətimizin IATA kimi bir çox beynəlxalq təşkilatlara üzvlüyü bizi daha da güclü edir. Hər il şirkətimiz WTM (London), MITT (Moscow), ITB (Berlin), JATA World Travel Fair (Tokyo), The New York Times Travel Show (New York) kimi bir çox beynəlxalq turizm sərgilərində Azərbaycanın turizm potensialını təşviq edir və xarici turizm şirkətləri ilə yeni əməkdaşlıqlara imza atır.

Gənc komandamız innovativ texnologiyalar və yüksək iş standartlarının tətbiqində böyük rol oynayırlar. Çoxillik iş təcrübəsi və daim beynəlxalq statuslu təlimlər alan, turizm istiqamətləri üzrə ixtisaslaşmış tur menecer və aviakassirlərimizlə qürur duyuruq. Uzunmüddətli və peşəkar biznes tarixcəsi, otellərdə böyük yer və qiymət kvotası, aviaşirkət alianslarından xüsusi tarif xətti, “Global Travel Wholesaler”lər ilə (Beynəlxalq Səyahət Topdancı şirkətlərlə) uğurlu əməkdaşlıq şirkətimizi rəqabətqabiliyyətli əsas amillərdir.

Şirkətin missiyaları

  • Etibarlı və müştəri məmnuniyyəti əsaslı, keyfiyyət idarə etmə sistemi tətbiq etməklə xidmət göstərmək;
  • Beynəlxalq turizm məkanında Azərbaycanı rəqabət qabiliyyətli turizm istiqaməti kimi inkişaf etdirmək;
  • Həmvətənlərimizi dünyanın istənilən nöqtəsinə ən qısa marşrutla rahat və təhlükəsiz formada çatdırılmasını təmin etmək;
  • Müştərilərin tələbinə uyğunlaşdırılmış və onlara müxtəlif növ tur məhsullarını təmin edən yüksək texnologiyalı çox profilli tur operatorun yaradılması;
  • Satışın yalnız turagentliklər, korporativ müştərilər və Klub üzvləri vasitəsilə həyata keçirilməsinə təminat verən unikal biznes modelinin yaradılması;
  • Mütəxəssislərinin professionallıq dərəcəsini daim inkişaf etdirən və mütəxəssisləri ilə birgə inkişaf edən bir qurum olmaq;
  • Nizamlı və sağlam böyümək, irəliləmək və maliyyə imkanlarımızı beynəlxalq səviyyəyə çatdırmaq;

Xidmətlərimiz

  • 500-dən çox Aviaşirkətlə, Dünyanın 2800-dən çox şəhərinə, Aviabiletin təşkilində 24 saat xidmətinizdəyik.
  • Dünyanın istənilən nöqtəsində və Azərbaycanda 370.000-dən çox Otellərin bronlaşdırılması.
  • Amerika, Avropa, Asiya, Avstraliya, Afrika və Ekzotik adalara ekskursiyalı Turların təşkili.
  • İşgüzar səfərlərin, MİCE xidmətlərinin və “Team Building” turların təşkili.
  • Dünyanın ən böyük 14 Kruiz şirkətlərinin, 150-dən çox Kruiz Layneri ilə Kruizlərin təşkili.
  • Çexiya, Rusiya, Ukrayna, Sloveniya və s. ölkələrdə Sanatoriyaların bronlaşdırılması.
  • Xarici və yerli turistlər üçün Azərbaycan daxili turların təşkili.
  • Şengen, ABŞ, Böyük Britaniya, Azərbaycan və s. Vizalarının təşkili.
  • Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil İcarəsi, aeroport Transferi.
  • Səyahət Sığortası
  • Avropanın “ÖBB-Personenverkehr AG”, “Czech Railway”, “Trenitalia ”, “Deutsche Bahn ”, “Eurostar ” kimi ən qabaqcıl dəmiryolu şirkətlərinin biletlərinin təşkili.