Tuqan Tel xəritədə

Tuqan Tel

Bakı, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 51 AZ1000 *** 1 səs

Tuqan Tel haqqında

«TuQan Tel» Tatar Mədəniyyəti Cəmiyyəti 1989-cu ilə «TuQan Tel»Tatar Mədəniyyətini Sevərlər Klubu kimi qeydiyyatdan keçib. Cəmiyyətin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının tatar mənşəli əhalisinin ən zəruri milli-mədəni tələbatlarının ödənilməsi, tatar mədəniyyətin gələcək inkişafına yardım, tatar xalqının tarixinin, ənənələrinin, tatar dilinin öyrənilməsi, respublika əhalisinin tatar milli mədəniyyəti, tarixi, adət və ənənələri ilə tanış edilməsidir.

Cəmiyyətin fəaliyyəti

Cəmiyyətin nəzdində tatar dili kursları fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətdə tez-tez istirahət gecələri, Rusiya və Azərbaycanda qeyd olunan bayramlarla əlaqədar tədbirlər keçirilir, (Ramazan, Novruz, Qələbə Günü, Qurban, Mövlud, Sabantuy, Yeni il), Respublikanın rayonlarına səfərlər təşkil olunur.Bundan əlavə, məşhur tatar şairləri Musa Cəlil və Habdulla Tukayın həyatı ilə bağlı əlamətdar günlər qeyd olunur, Azərbaycanda yaşayan tatar şairlərinin xatirə gecələri keçirilir.

Cəmiyyətin gənclər sektorunun fəaliyyəti də uğurla inkişaf edir. Cəmiyyətin tədbirlərində 1996-cı ildə yaradılmış «TuQan Tel» folklor ansamblı fəal iştirak edir.Təşkilatın işində dini məsələlər böyük yer tutur, İslamın əsasları kursları fəaliyyət göstərir. «TuQan Tel» tatar qəbiristanındakı vəziyyətə nəzarət edir, qəbiristanın ərazisinin abadlaşdırılması məqsədilə iməciliklər təşkil edir, ayin və mərasimlərin icrası üçün binanın tikintisində iştirak edir.

«TuQan Tel» Rusiyanın dövlət strukturları ilə aktiv qarşılıqlı fəaliyyət göstərir, Azərbaycanın ictimai həyatında yaxından iştirak edir. Cəmiyyət Azərbaycan Rusiya Həmvətənləri İctimai Birliklərin, Milli və Mədəni Mərkəzlərin Əlaqələndirmə Şurasının üzvüdür, Azərbaycan qeyri-Hökumət Təşkilatları Forumunun üzvüdür, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və xarici təşkilatların nümayəndəlikləri ilə əməkdaşlıq edir.