Tufandağ Turizm İstirahət Kompleksi xəritədə

Tufandağ Turizm İstirahət Kompleksi

Qəbələ AZ3600 *** 1 səs

Tufandağ Turizm İstirahət Kompleksi haqqında

Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA-mərkəzdən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə adıçəkilən otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi, bütün fəsillərdə ekskursiya və digər aktiv istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi

  • “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri təklif edir;
  • Kompleksin inşası 2 mərhələdən ibarətdir. 1-ci mərhələnin inşasına 2012-ci ilin may ayında başlanmış, tamamlanması 2014-cü ilin oktyabr ayına planlaşdırılmışdır. 2-ci mərhələnin inşası 2014-cü ilin yazında başlayacaqdır;
  • Birinci mərhələdə planlaşdırılmış 4 kanat xətti tam inşa edilmiş, 10 xizək yolundan 5-də əsas inşaat işləri başa çatmış və digər işlər mərhələli şəkildə həyata keçirilir;
  • Bu qış mövsümündə kanat xətlərində gəzinti, hazır olan yollarda xizəklə sürüşmək, xizəklə sürüşmə təlimi, iaşə xidmətləri həyata keçiriləcəkdir;
  • Kompleks, xidmətlərindən istifadə etmək istəyən hər bir müştərini qəbul etməyə hazırdır. Bu xidmətlərdən fərdi və kollektiv qaydada mövcud olan bütün vasitələrlə (birbaşa, telefon, internet və digər) müraciət edərək istifadə etmək məqbuldur;
  • Xidmətlərimizdən istifadə edəcək hər bir təşkilat və ayrı-ayrı şəxslərlə sıx əməkdaşlıq etmək niyyətindəyik;
  • Kompleksin rəsmi açılışından sonra təbliğat, təşviqat, marketinq və digər məsələlər təcrübəli əməkdaşlarımız tərəfindən həyata keçiriləcək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və yuxarı təşkilatımız olan “Gilan Holdinq” Maliyyə-Sənaye Qrupunun maraqlarına xidmət edən hər bir tədbirdə (daxili və xarici turizm sərgilərində və s.) iştirak etməyə və dövlət orqanları ilə əməkdaşlığa hazırıq;
  • Azərbaycan dövlətçiliyinin təbliği vasitələrindən biri olan turizmin yaradılması, inkişafı, genişləndirilməsi və təbliği yolunda göstərdiyi diqqətə və dəstəyə görə hər kəsə təşəkkür edirəm;