Tovuz rayon İcra Hakimiyyəti xəritədə

Tovuz rayon İcra Hakimiyyəti

Küçə, Məşədi Əzizbəyov küçəsi, Tovuz, 2 AZ6000 *** 0 səs

Tovuz rayon İcra Hakimiyyəti haqqında

Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1903 kv km, 01.07.2012-ci il tarixə əhalisi 163.6 min nəfərdir.Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.Tovuz rayonunu Ermənistanla 69 km, Gürcüstanla 23 km. sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.

Tovuz Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri və Böyük İpək Yolu keçir.

Tovuzun tarixi

Tovuzun qədim türklərin yaşayış məskəni olması, bu bölgədə türk soyunun ənənəvi hakimliyi inkaredilməz həqiqətdir. Tovuzun qədim tarixi abidələri sırasına neolit dövrü abidəsi (e.ə VI əsr) “Göytəpə” qədim yaşayış məskəni, “ Torpaqqala”, “Köhnəqla”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, Kürboyu alban məbədləri və s. aid etmək olar.XIII əsrin əvvəlində, monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz artıq böyük yaşayış məskəni şəhərə çevrilmişdir və monqollara layiqli müqavimət göstərmişdir.

SSRİ tərkibində Azərbaycan SSR yaradıldıqdan sonra,1930-cu ilin avqustunda Tovuz rayon inzibati vahidi təşkil olundu, 1963-cü ildə ləğv edilərək ərazisi Qazax rayonuna verildi, lakin bir il sonra, 1964-cü ildə yenidən müstəqil rayona çevrildi. 1947-ci ildə Tovuza, 2012-ci ilin aprel ayında Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir.1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, Tovuz rayonu da bir tərəfdən sevinc yaşadı, digər tərəfdən isə, xain ermənilərlə 69 km ümumi sərhəddə böyük narahatlıqlar başlandı, müharibənin ağrı-acısını yaşadı. Məlum münaqişə dövründə Tovuzun yüzlərlə igid övladı düşmən gülləsindən şəhid oldu, bir qarış torpağını mənfur düşmənə vermədi.