Tornado Travel xəritədə

Tornado Travel

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 129E AZ1010 *** 1 səs

Tornado Travel haqqında

Tornado Travel Azerbaijan turizm agentliyi Respublikamızda ən təcrübəli turzim agentliklərindən biridir.Turistlərin göndərildiyi coğrafiya olduqca genişdir. Biz geniş spektrdə beynəlxalq xidmətlər təklif edirik: turistik səyahətlər, xaricdə müalicə, xarici ali təhsil müəssisəsində təhsil almaq.Biz sizə sağlamlıq, qaralma, sürətli hərəkət, başqa ölkələrin təbiətilə ünsiyyət sevinci vəd edirik.Biz Türkiyə, Gürcüstan, İspaniya, Kipr, Yunanıstan, İtaliya, Bolqarıstan, Çernoqoriya və Xorvatiyada unudulmaz istirahət təşkil edirik.Biz sizin - ölkənin səyahətçilərinin ən cəlbedici qiymətlərlə ən gözəl ekzotik turlara getməyinizə kömək edəcəyik.Əməkdaşlarımızın peşəkarlığı sayəsində sizi sonsuz müxtəlif coşğun təəssuratlar və müsbət emosiyalar təhlükəsiz rahat istirahət gözləyir.

Şirkətin fəaliyyəti

Azərbaycan Respublikasının vətəndaşları üçün vizasız istiqamətlər və ya girişi asanlaşdırılmış ölkələr Şirkətimizin işinin üstünlüyüdür. Bu, səyahət hazırlığını olduqca asanlaşdırır və hətta uçuşdan bir gün əvvəl turlar əldə etmək imkanı verir.Biz, sizə maraqlı istirahətə zəmanət verən olduqca adekvat qiymətlər və sizi maraqlandıran ölkələr və turlar barədə tam informasiya təklif edirik. Biz həmişə sizin problemsiz və qayğısız istirahət etməyiniz üçün əlimizdən gələn hər şeyi edirik.Biz göstərilən xidmətlərin etibarlılığının təmin edilməsi üçün tur operatorlarını diqqətlə seçir və turistlərin ölkələr və otellər barədə rəylərini öyrənirik.Sizə daha geniş xidmətlər seçimi təklif etmək üçün agentliyimiz fasiləsiz şəkildə təkləflərin çeşidinin genişləndirilməsi ilə məşğul olur.

Xidmətlərimiz

  • Turların peşəkar seçimi və mütəxəssislərlə məsləhət- Mütəxəssislərimiz sizə təklif olunan geniş seçim qarşısında itməməyinizə kömək edəcəklər. əgər siz yeni başlayan turistsinizsə və hara getmək istəfiyiniz barədə tez qərar qəbul edə bilmirsinizsı, bizim mütəxəssislərimiz sizə məsləhət verə və sizinçün daha münasib tur seçəcəklər.
  • Sığorta- Xaricə gedərsən təhlükəsizliyiniz və rahatlığınızın qeydinizə qalmağınız daha yaxşı olardı.Əlbəttə, slğorta polisini almaqla heç nəyin baş verməyəcəyindən sığortalandığınızı heç kim deyə bilməz. Sığorta polisi sığorta hadisəsi baş verdiyi təqdirdə, tibbi köməyin göstərilməsinə zəmanət verir.
  • Vizaların rəsmiləşdirilməsi- Biz sizə istənilən vizanın rəsmiləşdirilməsinə köməklik göstərməyimizdən məmnun olarıq. Bunun üçün bizə sənədlər paketini (xarici pasport, müəyyən edilmiş ölçüdə 2 ədəd rəngli fotoşəkil, dəvət, əgər varsa, kredit kartının surəti(bəzi hallarda olması mütləqdir), iiş yerindən arayış,(tutduğu vəzifə və aylıq əmək haqqı göstərilməklə), əgər varsa, daxili pasportun yazılmış bütün səhifələrinin surətləri) təqdim etməyiniz və zəngimizi gözləməyiniz tələb olunur.