Tonqal restoranı xəritədə

Tonqal restoranı

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 82 AZ1000 *** 2 səs

Tonqal restoranı haqqında

Tonqal restoranı Bakı restoranları arasında əsl incidir. Canlı musiqisi, milli Azərbaycan təndiri, öz çaxır ehtiyatı olan yüksək səviyyəli restoran Bakıda geniş şöhrət qazanıb. Milli və Avropa mətbəxinin sizə təqdim olunan təmtəraqlı yeməklərinin keyfiyyəti kulinariyada əsrlərin ənənəsinə dəlalət edir. Burada hər şey ləzzətlidir, hər kəs ürəyincə olan yeməyi təqdim olunan geniş menyudan tapa bilər. Yeməklərin ən təzə ərzaqlardan hazırlanmasına əmin ola bilərsiniz. “Tonqal” restoranında sakit mühitdə romantik nahar etmək və ailəvi, kollektiv bayramlar, banketlər keçirmək olar.

Tonqal restoranının xidmətləri

Restorana gəlməklə siz yaşıl ağaclara və güllərə qərq olmuş valehedici bir bağa düşürsünüz. Restoranın orijinal bəzəyə malik interyerləri müştəriləri uzaq keçmişə aparır, sanki zamanın dayandığını hiss edirsən.Burada ustalıqla qədim məişət mühiti yaradılmışdır.Müştəriləri əhatə edən əşyalar içərisində vaxtı ilə adi və gündəlik istifadə olunan, hazırda isə ekzotik sayılan XVI-XVIII əsrlərdən qalma nümunələr vardır. “Tonqal”ın ümumi mənzərəsini tamamlayan süni şəlalə və bulaqlar istirahətinizi daha gözəl və unudulmaz edə bilər. Restoranın ayrı-ayrı otaqları istirahətdən məmnunluğu artırar, xeyirxah və yüksək səviyyəli professional xidmət ən gözəl təəssüratlarla yadınızda qalar.