XXI Əsr Azərbaycan Insan Hüquqları Fondu xəritədə

XXI Əsr Azərbaycan Insan Hüquqları Fondu

Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 96 AZ1000 *** 1 səs

XXI Əsr Azərbaycan Insan Hüquqları Fondu haqqında

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu 2004-cü ildə təsis olunmuşdur. Təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquqlarının qorunmasına kömək etmək, pozulmuş hüquqların bərpa olunmasına nail olmaq və hüquqi maarifləndirmə missiyasını həyata keçirməkdən ibarətdir.Təşkilat fəaliyyət göstərdiyi qısa müddət ərzində daxili imkanlar və resurslar hesabına keçən bələdiyyə seçkilərinin lazımi səviyyədə keçirilməsinə mane olan şəraitin aydınlaşdırılması və səbəblərin aradan qaldırılması layihələrinin həyata keçirilməsi məqsədi ilə respublikanın bir neçə regionunda sosioloji sorğular keçirmişdir. Təşkilatın üç dildə İnternet saytı fəaliyyət göstərir.Bələdiyyə seçkilərinin keçirilməsi qaydalarına və seçicilərin hüquqlarına, AR-nın konstitusiyasına, məhkəmələrə müraciət qaydalarına aid bukletlər nəşr olunub, Bakıda və rayonlarda yayılmışdır.Fond həmçinin ayda bir dəfə, pulsuz paylanan “Vətəndaş və Cəmiyyət” analitik informasiya qəzetini nəşr edib yayır. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların və gənclərin hüquqi maarifləndirilməsidir.