Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası xəritədə

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 AZ1001 *** 2 səs

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası haqqında

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası mənfəətə iddiası olmayan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri-dövlət ictimai təşkilatdır.Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası 1922-ci ildə yaradılıb.Azərbaycan Respublikası TSP-nin fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə, Nizamnamə və özünün yuxarı orqanı ilə həyata keçirilir.Azərbaycan Respublikası TSP mülikyyət forması, tabeçiliyi və Respublika ərazisində yerləşmə yerindən asılı olmayaraq müəssisə, birlik, təşkilatlar, sahibkarlar və onların birlikləri ilə, eləcə də başqa dövlətlərin və beynəlxalq təşkilatların sahibkarları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.Azərbaycan Respublikası TSP sahibkarların marağını dövlət və onun orqanları, eləcə də sosial tərəf müqabili olan zəhmətkeşlərin təşkilatları ilə münasibətdə qoruyur.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının fəaliyyəti

Azərbaycan Respublikası TSP öz funksiyalarını müstəqil və yaxud republika bölgələrində və xaricdə yaradılmış öz müəssisə,təşkilat və birlikləri vasitəsilə həyata keçirir.Azərbaycan Respublikası TSP hüquq şəxsdir, ayrıca mülkiyyətə malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmə, arbitraj və münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilər.Xarici-iqtisadi - ticarət nümayəndə heyətlərini, xarici işgüzar dairələrin və ictimai təşkilatların ayrı-ayrı nümayəndələrini dəvət və qəbul edir, öz təmsilçilərini, iqtisadi-ticarət nümayəndə heyətlərini xaricə göndərir, iqtisadi məsələlər üzrə sərgilər, işgüzar görüşlər, simpoziumlar, konfrans və konqreslər, işgüzar turlar və turizm səfərləri təşkil edir.

Azərbaycan Respublikası TSP müəyyən edilmiş qaydada palata üzvlərinə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məsələləri üzrə kömək edir, ölkə daxilində və xaricdə onların mənafelərini təmsil və müdafiə edir,xarici texnologiyaların "Nou-Hau" və investisiyaların cəlb edilməsi, səhmdar cəmiyyətlərin, birgə müəssisələrin və digər təşkilatların yaradılması kimi imkanlardan istifadə edərək rəqabət qabiliyyətli məhsul istehsalının inkişafına kömək edir.Sahibkarlıq fəaliyyəti aparmaq məsələləri üzrə təklif və tövsiyyələrin işlənib hazırlanması məqsədilə sahibkarlıq fəaliyyəti subyektləri ilə digər maraqlı təşkilatlar və şəxslər arasında qarşılıqlı əlaqəni təşkil edir,sahibkarlıq fəaliyyətinin, bu sahədə qüvvədə olan normativ aktların təhlilini aparır, onların təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələr verir.Palataya məxsus təsir formalarından və metodlarından istifadə edərək, qeyri-işgüzar tərəf müqabilliyin və ləyaqətsiz rəqabətin baş verməməsi və qarşısının alınması üçün tədbirlər görür.