Texnika Capital Management xəritədə

Texnika Capital Management

Bakı, Xətai rayonu, Ələddin Quliyev küçəsi, 1130 AZ1069 *** 0 səs

Texnika Capital Management haqqında

“Texnika Kapital Menecment” MMC (“TKM MMC”) broker şirkəti kimi biz 2003-cü ildən etibarən qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olur. Həmin ildən etibarən “TKM MMC” Bakı Fond Birjasının (BFB) həm səhmdarı həm də üzvüdür. Şirkət Qiymətli Kağızlar Bazarında peşəkar iştirakçı kimi fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker və diler lisenziyası almışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, şirkət “Bank Technique” ASC-nin törəmə müəssisəsidir və Bakı Fond Birjasının səhmdarıdır(5.00%). Müəssisə Azərbaycan kapital bazarında fəaliyyət göstərən ən böyük broker şirkətlərindən biridir və 3000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərilir. Müştərilərə müqavilə əsasında kapital bazarlarda və Bakı Fond Birjası katirovkalarına daxil olan maliyyə alətləri, səhmlərin alqı-satqısı, dövlət və bütün növ digər korporativ kağızlarla əməliyyatların aparılması xidməti göstərilir. Həmçinin, müəsisəmizin yüksək peşəkarlığa sahib mütəxəssisləri tərəfindən müştərilərimizə fond bazarlarındakı investisiyalar üzrə faydalı məsləhətlər xidmətləri də təklif edilir. Daxili bazardan əlavə, müştərilərimizə çox maraqlı və gəlirli sayılan xarici bazar və birjalarda da investisiya imkanlarını təklif edirik. Xarici fond bazarlarinda əməliyyat aparılan müştərilərimizə investisiya ilə bağlı hər növ xidmətlər göstərilir. “Dow Jones”, “New York Stock Exchange”, “İstanbul Stock Exchange”, “London Stock Exchange”, “Swiss Exchange” kimi bir sıra tanınmış birja və səhm bazarlarında yatırım imkanlarını təşkil edirik. Dünya miqyaslı məşhur, “İBM”, “Microsoft”, “Coca Cola”, “Nike”, “Apple”, “Toyota”, “Turkcell” və sairə kimi müxtəlif şirkətlərin səhmlərinin bazar araşdırmalarını aparır, mövcüd bazarda potensial gəlirli sektorları analiz edir və sağlam, gəlirli investisiya üçün müştərilərin səhm və diğər maliyyə alətləri ilə online şəraitində alqı-satqı əməliyyatlarının aparılması təmin edilir. Satımızın ana səhifəsində olan "Trade Master" platformasının DEMO versiyasını yükləməklə maliyyə bazarlarına çıxış təmin edəbilirsiniz. Bizimlə əməkdaşlıq etməklə; - 20 –dən çox ölkə və 13 000 –dən çox maliyyə alətlərinə investisiya etmək imkanı; - Alternativ investisiya imkanları (səhm, istiqraz, ETF, futures və opsiyon kontraktlar); - Isvestisiyalar üzrə risklərin diversifikasiya olunması; - sərbəst vəsaitlər üzrə investisiyalardan əlavə gəlir əldə etmək imkanı əldə edəbilərsiniz. Müştərilərin tapşırığı əsasında xarici bazarların bütün maliyyə alətlərinin alqı-satqısı, yuxarıda qeyd olunan və digər bir çox əməliyyatları rahat və qısa şəkildə həyata keçirir və müştərilərin kapitalını nəzarət altında saxlayırıq.