Əczaçılıq – bu, istər dərmanların istehsalı, istərsə də, dərman preparatlarının insanlara çatdırılması və əhalinin düzgün məlumatlandırılması kimi götürülsün – çətin və şərəfli bir sənətdir. Belə bir sahədə işləmək Tetrada MMC olaraq bizə də nəsib olmuşdur. 2000-ci ildən fəaliyyət göstərən və əczaçılıq sektorunda xüsusi çəkisi olan Tetrada MMC əhalini inkişaf etmiş ölkələrin tanınmış firmalarında istehsal olunan və beynəlxalq standartlara cavab verən dərman preparatları, tibbi ləvazimatlar və kosmetik vasitələrlə təmin edir. Şirkət fəaliyyətində müştəri məmnunluğu və insan sağlamlığını əsas prinsip kimi götürür.
Tetrada MMC ABŞ, İsveçrə, Avstriya, Rusiya, Polşa, Koreya, Hindistan, Rumuniya kimi bir sıra ölkələrin tanınmış şirkətləri (“Abbott Nutrition”, “Aktavis”, “Johnson & Johnson”, “DABUR INTERNATIONAL”, “Polpharma”, “Antibiotice SA”, “Genericon Pharma”, “Himalaya Drug Company”) ilə əməkdaşlıq çərçivəsində tələbata uyğun dərman preparatları, tibbi ləvazimatları və bitki tərkibli təbii kosmetik vasitələri ölkəyə gətirib topdan və pərakəndə satışını həyata keçirir, eyni zamanda müalicə-proflaktika mərkəzlərini, həkim auditoriyasını və əhalini bu preparatlar haqda müntəzəm məlumatlandırır.
Tetrada MMC Bakı və bütün regionlar üzrə 7 marketinq qrupu vasitəsilə idxal etdiyi məhsulların tanıtımını aktiv şəkildə həyata keçirir. Bakıdan tutmuş ən ucqar rayonadək marketinq, təchizat və satış (tanıtım, çatdırılma və satış) şöbələri sistemli və koordinasiyalı şəkildə fəaliyyətini təşkil edərək bir-birinin işini məharətlə tamamlayır. Tetrada MMC çoxillik təcrübə və imkanlarından kosmetika sahəsində də istifadə edir. Artıq beynəlxalq dərman firmalarının ən son texnologiya ilə istehsal etdiyi bitki tərkibli kosmetik vasitələri ölkəyə gətirir. Yeni açılmış bu sahənin marketinq və satış fəaliyyəti regionlarda da get-gedə genişləndirilir.
Tetrada MMC Səhiyyə Nazirliyinin rəhbər prinsiplərini əsas götürərək farmokologiyanın bütün sahələri üzrə dərman preparatları (kardioloji, terapevtik, antibiotik, enteral qida, aurvedik, qastroenteroloji və s.), tibbi ləvazimatlar və bitki mənşəli təbii kosmetik vasitələrin ölkəyə gətirilməsini və əhaliyə çatdırılmasını təmin edir
Tetrada MMC-də 120-yə yaxın yüksək ixtisaslı kadrlar çalışır ki, onların kvalifikasiya dərəcəsinin yüksəldilməsi də daima ön plandadır. Şirkət rəhbərliyi xidmət səviyyəsini daha da yüksəldilmək məqsədi ilə personalın bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində əcnəbi və yerli mütəxəssislərin rəhbərliyi altında treninqlər və seminarlar keçirir. Tetrada MMC eyni zamanda respublikamızın səhiyyəyə qayğısının bir təzahürü olaraq müntəzəm keçirilən səhiyyə sərgilərində öz məhsulları ilə layiqincə təmsil olunur.2000-ci ildən fəaliyyət göstərən Tetrada MMC artıq müasir iş üsulları və yetişdirdiyi yüksək ixtisaslı kadrları ilə bir əczaçılıq məktəbinə çevrilmişdir.