Tərtər rayon İcra Hakimiyyəti xəritədə

Tərtər rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Tərtər, 49 AZ5900 *** 0 səs

Tərtər rayon İcra Hakimiyyəti haqqında

Tərtər rayonu Kiçik Qafqazin şimal-şərq əktəklərində və Qarabağ düzündə,Kür-Araz ovalığının qərb hissəsində yerləşir.İnzibati rayon kimi 1934-cü
ildə təşkil edilmişdir.Ərazisi 960 kvadrat kilometr olmaqla ölkə ərazisinin 1.1 faizini təşkil edir.Mərkəzi Tərtər şəhəridir. Rayon 42 inzibati ərazi dairəsi, 29 bələdiyyə,2 şəhər, 1 qəsəbə,74 kənd yaşayış məntəqəsi ilə əhatə olunmuşdur. Tərtər rayonu şimaldan Yevlax rayonu, şimal- qərbdən Goranboy rayonu, qərbdən Kəlbəcər rayonu, cənub və cənub-qərbdən Ağdam rayonu, şərqdən və cənub-şərqdən Bərdə rayonu ilə həmsərhəddir. Rayon ərazisindən Tərtər çayı və İncə çayı, cənub sərhəddindən isə Xaçın çayı axır.

Tərtər rayonunun tarixi

Tərtər Azərbaycan Respublikasında inzibati rayondur. 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920-1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır.

4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.