Tərtər Hərbi Məhkəməsi xəritədə

Tərtər Hərbi Məhkəməsi

Heydər Əliyev prospekti, Tərtər AZ5900 *** 1 səs

Tərtər Hərbi Məhkəməsi haqqında

Tərtər Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Tərtər Hərbi Məhkəməsinin yaradılması

Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 496 saylı Qərarı ilə birinci instansiya məhkəməsi kimi Tərtər Qarnizonu Hərbi Tribunalı təsis edilmişdir.Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-
iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu
2. Ağdam rayonu
3. Ağdaş rayonu
4. Ağsu rayonu
5. Balakən rayonu
6. Bərdə rayonu
7. Goranboy rayonu
8. Göyçay rayonu
9. İsmayıllı rayonu
10. Kürdəmir rayonu
11. Qax rayonu
12. Qəbələ rayonu
13. Oğuz rayonu
14. Şəki rayonu
15. Tərtər rayonu
16. Ucar rayonu
17. Yevlax rayonu
18. Zaqatala rayonu
19. Zərdab rayonu.