Tərtər Elektromexanika zavodu xəritədə

Tərtər Elektromexanika zavodu

M.Hüseynzadə küçəsi, Tərtər, 17 AZ5900 *** 0 səs

Tərtər Elektromexanika zavodu haqqında

Tərtər Elektromexanika zavodu (TEMZ) Azərbaycan SSR Nazirlər Sovetinin 246 nömrəli 03 avqust 1976-cı il tarixli Sərəncamına əsasən “Azərsutikinti” Baş idarəsinin Tərtər rayonu ərazisində yerləşən obyektlərinin bazasında yaradılmışdır.1977-ci ildən zavod SSRİ Radio Sənayesi Nazirliyinin tərkibində olan və Moskva şəhərində yerləşən Lionozovo Elektromexanika zavodunun Tərtər (Mirbəşir) filialı olmuşdur.Zavod ilk fəaliyyətini 1977-ci ildə mühərrikli qayıqlar üçün “Taxometr-spidometr” məhsulunun istehsalı ilə başlamışdır.1993-cü ildən zavod DXMKK-nin tərkibində olmuş, 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Tərtər Elekromexanika zavodunun fəaliyyət istiqamətləri

  • texniki təyinatlı məhsulların istehsalı;
  • xalq təlabatı mallarının istehsali;
  • əhaliyə pullu xidmətlərin göstərilməsi.

Tərtər Elekromexanika zavodunun məhsulları Xüsusi təyinatlı məhsullar (Proqram üzrə) və Mülki təyinatlı məhsullardır.

Mülki təyinatlı məhsullar

  • Texniki təyinatlı məhsullar:
  • müqavilə əsasında hissələrin hazırlanması;
  • avtobus dayanacağının hazırlanması;
  • dəmir konteynerlərin hazırlanması;
  • tullantı qutularının hazırlanması;
  • Xalq təlabatı malları:
  • mağar komplektinin hazırlanması (mağar, stol, stul);
  • odun sobası;
  • su çənləri;
  • dəmir darvaza;
  • seyf qapıları.

Tərtər Elektromexanika zavodunun istehsal sahəri

  • Mexaniki yığma:
  • soyuq ştamplama;
  • torna;
  • frezləmə;
  • cilalama;
  • deşmə;
  • kəsmə.
  • Qaynaq:
  • elektrik qaynağı;
  • qaz qaynağı;
  • nöqtəvi qaynaq.
  • Rezin kütlə istehsalı:
  • presləmə;
  • vulkanizasiya.
  • Ağac emalı
  • Qalvanik emal:
  • sinkləmə;
  • kadmiumlama;
  • anodlama;
  • passivləşdirmə.
  • Lak-boya ilə örtükləmə
  • Alət istehsalı:
  • texnoloji tərtibatların hazırlanması;
  • konduktorların, ştampların və s. hazırlanması.