Swarovski xəritədə

Swarovski

Bakı, 28 May küçəsi, Nəsimi rayonu, 5 AZ1000 *** 1 səs

Swarovski haqqında

"Swarovski"-dən kristal daşların brilliant da daxil olmaqla qiymətli daşlarla bənzərliyi vardır. Bu gün zinyət əşyalarını sevən hamı - həm peşəkarlar, həm də həvəskarlar bu zinyət nümunəsini layiqincə qiymətləndirirlər. "Swarovski" markasının yaradıcısı boqema büllurları ilə məşhur olan Boqem əsilli Daniel Swarovskidir. Daniel Swarovski 1862-ci ildə anadan olub. Əla təhsilə yiyələnməsi ilə yanaşı o, öz dövrü üçün məşhur olan elektroavadanlıq və elektrotexnika elmləri ilə maraqlanırdı. 19-cu əsrin sonlarında Swarovski kristalın avtomatik kəsilməsi avadanlığını layihələndirdi. Elə həmin illərdə o, özünün ixtirası olan - kristal daşların dəqiq cilalanması cihazının patentini aldı. Bir müddət sonra elə onun tərəfində kütləvi kristal cilalayan avadanlıq da ixtira olundu. Sonralar Swarovski kristalı yüksək şəffaflıq və parlaqlığını təmin edən tərkib yaratdı. Bu tərkibin hazırlanma texnologiyası bu gün də sirr olaraq saxlanılır. "Swarovski" daşlarından hazırlanmış zinyət əşyaları müasir dünya dəb və tendensiyalarına uyğun hazırlanır. Bu sahə üzrə təcrübəli sənətkarlar bir-birindən ölçü, rəng və formaca fərqlənən geniş çeşiddə zinyət kolleksiyalaırını yaradırlar.