Şuşa Rayonu İcra Hakimiyyəti xəritədə

Şuşa Rayonu İcra Hakimiyyəti

Bakı, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 9 AZ1008 *** 0 səs

Şuşa Rayonu İcra Hakimiyyəti haqqında

Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2014–cü il tarixinə 31.5 min nəfərdir.[1] Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may 1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.

Şuşanın tarixi

Şuşa şəhərinin binasını qarabağlı Pənah xan Cavanşir qoymuşdur. Pənah xan 1750-ci ildə Qarabağın ən səfalı guşəsində üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar (bənnalar) gətirtdirdi və hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var idi. Pənah xan Qarabağın Seyidli, Çuxur məhəllə, Köçərli, Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən əhalinin bir hissəsini qalaya topladı. Yerli əhali yeni salınmış şəhəri Pənah хanın şərəfinə «Pənahabad» adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər «Şişə», sonralar isə Şuşa adlandırılmağa başlandı.

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalmışdı. 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək Vilayətin mərkəzi Xankəndi seçildi. Ermənilər Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu qərarın həyata keçirilməsinə nail olmuşdular. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.