Sürprizim Var xəritədə

Sürprizim Var

Bakı, Xətai rayonu, Babək prospekti, 1022 AZ1000 *** 1 səs

Sürprizim Var haqqında

"Sürprizim var"ı 30 iyun 2014-cü ildə ictimaiyyətə açıq elan etdik. İlk sürprizimizi şəhər əhalisinə etməklə başlayıb, bu günə qədər müştərilərimiz üçün doğum günü, evlilik təklifi, party, seminar, açılış bağlanış mərasimləri, forumlarda fərqli xidmətlər göstərməyə davam edirik. Burada şərtlər çox sadədir. Siz sürpriz hazırlamaq istəyirsiniz amma ideyanız yoxdur. - Biz sizin zövqünüzə uyğun gözəl ideyalar təklif edirik. Sizin ideyanız var reallaşdırmaq üçün dəstək lazımdır. - Biz bunu canla-başla sizin üçün edirik. Evlənmə təklifi etmək istəyirsiniz. -Sizin üçün ssenari yazıb, plan qurub işə başlayırıq. Ad günü qeyd etmək istəyirsiniz məkan axtarmağa, maraqlı dizayn etməyə vaxtınız yoxdur. - Bizim komanda bu işi sevərək görəcəkdir. Toyunuzun dekoru ilə məşğul olmaq sizin üçün çətindir, amma sizi heyran qoyacaq bir dekor olmasını arzulayırsınız. - Bizim komandada əl qabiliyyətinə heyran qalacağınız insanlar var. Dostlarınızla, iş yoldaşlarınızla əylənmək istəyirsiniz, sizə party lazımdır. - Buyurun gəlin detallarını danışaq. Şirkət daxili tədbirlərinizi, açılış, bağlanış mərasimlərinizi də təşkil edirik. Sizin də anladığınız kimi yuxarıda sadaladıqlarımız bizim xidmət sahələrimizdir. Bu sahələrin hər biri üzrə təcrübə sahibi olaraq, eyni zamanda bu işi sevərək görməyimiz sizi də razı salacaqdır. Xidmətlərimiz: Ad günlərinizin fərqli tərtibatda hazırlanmasını bizə həvalə etdiyiniz zaman sizə təklif etdiyimiz xidmətlər: Məkanın seçilməsi, Yemək masasının hazırlanması, Şirniyyat masasının hazırlanması, Məkanın istənilən formada dekor olunması, Sürprizli ad günü ssenarisinin həyata keçirilməsi. Eyni zamanda sizin istəkləriniz olarsa onların həyata keçirilməsi. Əgər siz evlilik təklifi üçün olduqca romantik, yaxud daha əyləncəli, ola bilər ki daha hərəkətli və yaxud da bunlardan əlavə bir format axtarırsınızsa bütün bunların olduğu ünvan buradır. Biz sizin özünüzə belə sürpriz olacaq möhtəşəm evlənmə təklifini hazırlamaq üçün fərqli ideyalarımızla sizi gözləyirik. Nişan mərasiminizi müxtəlif formatlarda bəzəyib, hazırlamaq bizim işimizdir. Gəlin birlikdə qərar verib nişan mərasiminizi təşkil edək. Həyatınızın ən gözəl gününün ən gözoxşayan dekorasiya olunması, bəy-gəlin masasının müxtəlif aksesuarlarla, güllərlə bəzədilməsi işini öz üzərimizə götürməkdən məmnun olarıq. Toyunuzda baş tuta biləcək bütün gözəl sürprizləri sizə yaşadacağımıza komandamız sizi əmin edir.