Suraxanı maşınqayırma zavodu 1926-cı ildə yaradılmışdır. Ərazisi 11.3 ha-dır.Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı (dərinlik nasosları) üzrə ixtisaslaşmışdır və dərinlik nasosları, qaz-lift klapanları, pakerlər istehsal olunur.İstehsal etdiyi mәhsullar:Ştanqlı quyu nasosları, qazlift klapanları, pakerlәr, quyu kameraları, kәsici klapanlar, quyu tros alәtlәri.Mәhsulların sertifikatlaşdırılması:“Suraxanı maşınqayırma zavodu” TASC-nin istehsalı olan mәhsullar AZS mili sertifikatlaşma sistemindә sertifikatlaşdırılmışdır. Eyni zamanda, ştanqlı quyu nasoslarının Amerika Neft İnstitutunun monoqramması ilә istehsalına lisenziya (API 11AX) alınmışdır. Müәssisәnin avadanlıqları:“Suraxanı maşınqayırma zavodu” TASC-nin avadanlıqları әsasәn keçmiş SSRİ-dә istehsal olunmuş xüsusi tәyinatlı avadanlıqlardır. Mәhsulların ixrac olunduğu ölkәlәr:Rusiya Federasiyası, Özbәkistan, Qazaxıstan.Müәssisәdә çalışan işçilәrin sayı:Hazırda “Suraxanı maşınqayırma zavodu” TASC-dә 368 nәfәr işçi çalışır.