Sun Tea Azərbaycan xəritədə

Sun Tea Azərbaycan

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Valeriy Əhmədov küçəsi, 12N AZ1000 *** 1 səs

Sun Tea Azərbaycan haqqında

"Azersun Holding" MMC-nin tərkibində fəaliyyət göstərən “Sun Tea” Azərbaycani çay paketləmə fabriki 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən xidmətə açıldı. İstifadə etdiyi yüksək texnologiya və idarəetmə sistemləri sertifikatları ilə Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında olan çay paketləmə fabrikləri arasında əhəmiyyətli yerə sahib olan "Sun Tea Azərbaycan", "Azərsun Holding" MMC-nin Azərbaycana qoyulan sərmayələr arasında ilklərdən olma əhəmiyyətinə malikdir. İllik ortalama 9 min ton istehsal gücünə malik, paket çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə geniş məhsul çərçivəsində bölgənin qabaqcıl özəl şirkətlərindəndir.

“Sun Tea” Azərbaycan çay paketləmə fabriki çay bağçalarının hər bir guşəsində yetişən müxtəlif dad və ətirləri, digər ölkələrdə yetişən və müxtəlif vərdişləri özündə əks etdirən çay ənənəsi 5 böyük çay markası paketlərində istehlakçıların istifadəsinə verməyə davam edir. “Sun Tea” Azərbaycan çay paketləmə fabriki, təchiz olunmuş avadanlıq gücü və paylama sistemi ilə bölgənin dörd bir tərəfinə çatdırır. Bu çərçivədə, Rusiya başda olmaqla Qafqaz, Orta Asya və bütün MDB ölkələrinə ixrac edilən markalar beynəlxalq festivallarda aldığı mükafatlarla ön plana çıxdı.

Sun Tea Çay Fabriki

  • Azərbaycanın kənd təsərrüfatı siyasətinə uyğun olaraq çay sektorunu inkişaf etdirmək
  • Çayın keyfiyyətini islah etmək, emalını texniki əsaslara görə aparmaq
  • Daxili və xarici istəklərini qarşılamaq üzrə çay istehsal etmək, idxal etmək və ixrac etmək
  • Məhsuldarlıq əsasına söykənən müəssisə siyasəti ilə sərmayə ehtiyatını dəstəkləyərək edərək sərmayə qaynağı yaratmaqdır
  • İnsan sağlamlığına uyğun xammal almaq, sağlamlığa uyğun şəraitdə çay istehsal etmək
  • Müştəri məmnuniyyətini təmin etmək
  • Ətraf mühitə qarşı həssas olmaq
  • İnsanlar ucun təhlükəsiz iş şəraiti yaratmaq, insanların fikirlərinə hörmət etmək və onların fikirlərini dəyərləndirmək
  • Dövlət qanun-qaydalarında qarşıya qoyulan tələbləri və idarə etmə sistemlərinin şərtlərin yerinə yetirərək sistemlərin təsirini daima yaxşılaşdırmaq
  • İşçilərin daima inkişafı üçün təhsili və maarifləndirmənin bütün imkanlardan (seminar, kurs) maksimum istifadə etmək