"Azersun Holding" MMC-nin tərkibində fəaliyyət göstərən “Sun Tea” Azərbaycani çay paketləmə fabriki 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən xidmətə açıldı. İstifadə etdiyi yüksək texnologiya və idarəetmə sistemləri sertifikatları ilə Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında olan çay paketləmə fabrikləri arasında əhəmiyyətli yerə sahib olan "Sun Tea Azərbaycan", "Azərsun Holding" MMC-nin Azərbaycana qoyulan sərmayələr arasında ilklərdən olma əhəmiyyətinə malikdir. İllik ortalama 9 min ton istehsal gücünə malik, paket çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə geniş məhsul çərçivəsində bölgənin qabaqcıl özəl şirkətlərindəndir.
“Sun Tea” Azərbaycan çay paketləmə fabriki çay bağçalarının hər bir guşəsində yetişən müxtəlif dad və ətirləri, digər ölkələrdə yetişən və müxtəlif vərdişləri özündə əks etdirən çay ənənəsi 5 böyük çay markası paketlərində istehlakçıların istifadəsinə verməyə davam edir. “Sun Tea” Azərbaycan çay paketləmə fabriki, təchiz olunmuş avadanlıq gücü və paylama sistemi ilə bölgənin dörd bir tərəfinə çatdırır. Bu çərçivədə, Rusiya başda olmaqla Qafqaz, Orta Asya və bütün MDB ölkələrinə ixrac edilən markalar beynəlxalq festivallarda aldığı mükafatlarla ön plana çıxdı.