Sumqayıt Şəhər İcra Hakimiyyəti xəritədə

Sumqayıt Şəhər İcra Hakimiyyəti

Sumqayıt, Azərbaycan prospekti, 9 AZ5000 *** 0 səs

Sumqayıt Şəhər İcra Hakimiyyəti haqqında

Sumqayıt — Azərbaycan Respublikasında 22 noyabr 1949-cu ildən respublika tabeli şəhər. Bakıdan və Gəncədən sonra 3-cü ən böyük şəhərdir.Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi.

Sumqayıtın tarixi

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sovet İttifaqı Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək istəyirdilər. İlk tikinti işləri 1938-ci ildə başlandı. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. [2] 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi Abşeron yarımadasında 9495 hektar təşkil edir. Torpağı günəşli, iqlimi quru, yarımsəhradır.Sumqayıt şəhərinin cənub hissəsindən «Samur-Abşeron» kanalı keçir. Bu kanalın suyu «Ceyranbatan Su Anbarı» hövzəsinə tökülür. Çay həmişə quru olur, yalnız aprel və may aylarında güclü küləkdən sonra su ilə dolur.Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir. Şəhər kənarında çöl heyvanları – tülkü, çaqqal, dovşan, canavar və quşlar - ördək, göyərçin, sığırçın və s. saxlanılır.Şəhər insanların qayğılı əlləri ilə salınmış parklarla əhatə olunur. Sumqayıtlıların öz doğma şəhərlərinə olan sevgisi şəhəri yaşıl bağa çevirmişdir.